Ceyhun Bayramov: Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri bölgədə əsas təhdid mənbəyidir
Sentyabrın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borel ilə telefon danışığı aparıb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq perspektivləri, bölgədə cari vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub.

Nazir Ceyhun Bayramov regiondakı son vəziyyət barədə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistanın davam edən hərbi-siyasi təxribatlarının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı bəyanatlarının bölgədə sülh və sabitliyə xidmət etmədiyini vurğulayıb. Ermənistanın bu təxribatlarının qarşısının alınmasının vacib olduğunu qeyd edib.

Ermənistanın Laçın yolundan təxminən iki il yarım ərzində qanunsuz hərbi və digər məqsədlər üçün sui-istifadəni davam etdirməsi barədə ətraflı məlumat verilərək, hazırda heç bir əsas olmadan “bölgədə humanitar vəziyyət” barədə yaydığı iddiaların siyasi manipulyasiya olduğu bildirilib. Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından, eyni zamanda, yüklərin daşınması barədə əldə edilmiş razılığa baxmayaraq, bu razılıqların pozulmasının və daşınmalara qarşı törədilən maneçiliyin bunu bir daha sübut etdiyi diqqətə çatdırılıb.

Azərbaycan ərazilərindən hələ də çıxarılmayan və Ermənistan tərəfindən birbaşa dəstəklənən erməni silahlı qüvvələrinin bölgədə əsas təhdid mənbəyi olduğu vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir

Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31