Xəbərlər
4.09.2023, 00:47
İsrail ABŞ-dan daha 25 F-35 qırıcısı almaq istəyir
İsrailin müdafiə naziri Yoav Qalant bazar günü ABŞ-a məktub göndərərək daha 25 F-35 qırıcı-bombardmançı təyyarəsinin alınmasını xahiş edib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Nazirlik ABŞ-dan əlavə təyyarələrin nə vaxt alınacağını dəqiqləşdirməyib. Bununla belə, qəzet mənbələrə istinadla qeyd edir ki, tərəflər bu il ərzində sorğunun təsdiqi prosedurunu başa çatdırmağı planlaşdırırlar. Eyni zamanda, yeni F-35-lər 2026-2027-ci illərdə İsrailə çata bilər.
Qeyd edək ki, bu tədarük baş tutarsa, İsrailin sərəncamında bu tip 75 təyyarə olacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay