Beynəlxalq Gənclər Gününə həsr olunmuş “ECOFEST” layihəsi uğurla başa çatıb - FOTOLAR
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaq (TGTİ) tərəfindən 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş “ECOFEST” layihəsi uğurla başa çatıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, 1998-ci ildən etibarən hər il Beynəlxalq Gənclər Günü münasibətilə dünyada silsilə tədbirlər keçirilməkdədir. Bu xüsusda Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş “ECOFEST” adlı ekoloji layihə reallaşıb.

Dənizkənarı Milli Parkda həyata keçirilən festivalın baş tutmasında əsas məqsəd həmin layihədə gənclərin iştirakı ilə ətraf mühitin tullantılardan təmizlənməsi, gənclər arasında təbiətin və ekosistemin qorunmasının təbliği və təşviqidir. Layihənin ərsəyə gəlməsində Bakı və ətraf ərazilərdə yerləşən ali və orta təhsil müəssisələrində fəaliyyət göstərən 26 Tələbə Gənclər Təşkilatının 2 mindən artıq aktiv üzvünün iştirakı ilə 15 mindən çox plastik butulka yığılıb.

Festival zamanı tələbələr arasında ətraf mühitin təmiz saxlanılması ilə əlaqədar məlumatlılığın artırılması məqsədilə tələbə-gənclər ekoloji aksiyaya cəlb olunaraq, toplanmış plastik materiallardan müxtəlif əşyalar və irihəcmli qala hazırlayıb. Həmin materiallar tələbə-gənclər və şəhər əhalisi tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, bu il Beynəlxalq Gənclər Günü “Gənclər üçün ekoloji bacarıqlar: Dayanıqlı Dünyaya Doğru” şüarı altında keçirilir.
Beynəlxalq Gənclər Gününə həsr olunmuş “ECOFEST” layihəsi uğurla başa çatıb - FOTOLAR
Beynəlxalq Gənclər Gününə həsr olunmuş “ECOFEST” layihəsi uğurla başa çatıb - FOTOLAR
Beynəlxalq Gənclər Gününə həsr olunmuş “ECOFEST” layihəsi uğurla başa çatıb - FOTOLAR
Beynəlxalq Gənclər Gününə həsr olunmuş “ECOFEST” layihəsi uğurla başa çatıb - FOTOLAR
Beynəlxalq Gənclər Gününə həsr olunmuş “ECOFEST” layihəsi uğurla başa çatıb - FOTOLAR
Beynəlxalq Gənclər Gününə həsr olunmuş “ECOFEST” layihəsi uğurla başa çatıb - FOTOLAR
Beynəlxalq Gənclər Gününə həsr olunmuş “ECOFEST” layihəsi uğurla başa çatıb - FOTOLAR

Son xəbərlər

Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi

"Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir" - Hikmət Hacıyev

Prezident vəzifəsinə yenidən seçilmək hüququm var - Tokayev

Prezidentlə xanımı Ümummilli Liderin memorial kompleksini ziyarət etdilər

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Məşhur serialda rol alacaq

“Özbəkistana dövlət səfərindən gözəl xatirə” - Foto

Çindən avtomobillərlə bağlı görünməmiş geri çağırış - 3 milyon maşında qüsur var

Bir günə Ukraynaya 11 859 kamikadze-dron atdılar

Universitetlər xarici dil müəllimliyində yerləri AZALDIR: Nə baş verir?

Prezident xanımı ilə Özbəkistandadır

BIR SƏSİN UŞAQLIĞI (OÇERK) - FOTOLAR

RƏNGLƏRİN VƏ MÖCÜZƏLƏRİN NAĞIL DÜNYASI

Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır

Altun Süleymanov: Fidan Hacıyevanın gənclərə verdiyi dəstək böyük əhəmiyyət daşıyır

“Azərbaycan-Özbəkistan əlaqələri strateji xarakter daşıyır” - Kamaləddin Qafarov

Qərbi Abşeron yatağında platformada qaldırıcı qurğu aşıb, ölən var

Bu gün Qobustan rayonunun Bədəlli kəndindən olan şəhid Orxan Müstəcəbovun anası Şəhla Ananın doğum günüdür - FOTO

Gəlinlik seçməyə getmişdi, maşının altında qalıb öldü - Toyu günü dəfn olundu

Onların pensiyaları yenidən hesablanaraq artırıla bilər

Yaponiyanın mərkəzində zəlzələ oldu

Əsir düşmüş azərbaycanlı şok faktları açıqladı

Bu gün Azərbaycanda xüsusi dövlət mühafizəçilərinin günüdür

Arzum budur - ucaldıqca, ucal sən

SEVİNC YUNUSLU : Ölsəm bir məktub yazacam - FOTO

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

XURAMAN İSMAYIL QIZI MURADOVA — İNSANA XİDMƏTƏ HƏSR OLUNMUŞ ÖMÜR

Müəllif: Gülnarə Məhəmmədqızı : ÖZÜMƏ TƏRƏF - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31