
Xəbərlər
22.07.2023, 20:56
Son nəmər ! - FOTO
Son nəmər !
Zurnanın səsində, neyin səsində
Xanəndə oxusun toyun səsində,
Oyna, bilinməsin gözündəki nəm,
Oyna eşqimizin son nəfəsində!
Unut arzulardan qırılan simi,
Oyna, qoy inləsin Kərəmidə saz.
Mahnı səngiyəndə,toy kəsiləndə,
Dodaqda layla çal ,Bayatı -Şiraz!
Göynət duyğuların kövrək içini
Gizlicə sızlasın o işvə, o naz.
Anadan ayrılan kür uşaq kimi,
Ağlayan sevgini ovundur bir az!
Oyna xınalı qız, çıx sinəmdə gəz
Gör Dəli Ozanın neçə dağı var.
Ox atıb, at sürən Beyrəyin gəlməz,
İndi bu yığnağın Yalıncağı var!
Oyna ,alovlansın bir daha közüm,
Baxım toy həvəsli hər nəfər kimi,
Axırda bir zərfə salıb ömrümü,
Sənə göndərərəm- son nəmər kimi!
Xanəndə oxusun toyun səsində,
Oyna, bilinməsin gözündəki nəm,
Oyna eşqimizin son nəfəsində!
Unut arzulardan qırılan simi,
Oyna, qoy inləsin Kərəmidə saz.
Mahnı səngiyəndə,toy kəsiləndə,
Dodaqda layla çal ,Bayatı -Şiraz!
Göynət duyğuların kövrək içini
Gizlicə sızlasın o işvə, o naz.
Anadan ayrılan kür uşaq kimi,
Ağlayan sevgini ovundur bir az!
Oyna xınalı qız, çıx sinəmdə gəz
Gör Dəli Ozanın neçə dağı var.
Ox atıb, at sürən Beyrəyin gəlməz,
İndi bu yığnağın Yalıncağı var!
Oyna ,alovlansın bir daha közüm,
Baxım toy həvəsli hər nəfər kimi,
Axırda bir zərfə salıb ömrümü,
Sənə göndərərəm- son nəmər kimi!
İmza; İlqar Həkim
( Bakı-Gənclik)
( Bakı-Gənclik)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








