Yanğından zərər çəkən sahibkarlara pul ödəniləcək? - “Diqlas” təcrübəsi təkrarlana bilər
Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. "Eurohome” şirkətinin icraçı direktoru Kərimə xanım mediaya açıqlamasında bazarda olan obyektlərin hamısının sığortalandığını deyib. Ancaq yanğın zamanı zərər dəyən sahibkarların sözlərinə görə, bazarda fəaliyyət göstərənlərin yarısının sığortası yoxdur. Bu səbəblə onlar komissiya yaradılmasını tələb edirlər.

Bu barədə "Yeni Sabah”a danışan sığorta üzrə ekspert Xəyal Məmmədxanlı qeyd edib ki, dövlət baş verən hadisə ilə bağlı kompensasiya ödəməməlidir:
"Mən belə düşünürəm ki, heç komissiyaya ehtiyac yoxdur. Əgər sahibkarların daşınmaz əmlaklarının, tutaq ki, binanın özünün sığortalanmasından söhbət gedirsə, bu 2011-ci ildən Azərbaycanda qanunla məcburidir. Xüsusi müqavilələrin bağlanmasına da FHN nəzarət edir və bağlamayanlara da çox ciddi cərimələr yazılır. Amma problem ondadır ki, sığorta müqavilələri çox vaxt formal xarakter daşıyır. Yəni, əmlakın dəyəri 20 milyondursa, buna görə vətəndaş 0.2 faizlə, illik 40 min sığorta haqqı ödəməlidir.

Amma bina sahibləri bunun əvəzində sığorta şirkətlərinə təklif edirlər ki, gəl sənə 4 min manat verim, buna uyğun mənə müqavilə bağlayın. Bunun müqabilində də artıq əmlak 20 milyona yox, 2 milyona sığortalanmış olur. Əksər sahibkarların əmlakları bu şəkildə öz dəyərindən qat-qat aşağı məbləğə sığortalanıb. Bu birinci problemimizdir. İkinci problem odur ki, həmin daşınmaz əmlak qanunla sığortaya cəlb olunsa da, heç bir qanunumuzda vətəndaşın və sahibkarın özünə məxsus olan mallar, əmlaklar, əmtəələr sığortaya cəlb olunmurlar. Yəni, bunların sığortası məcburi deyil. Yalnız sahibkar istəsə, könüllü qaydada sığortalaya bilər. Lakin könüllü qaydada sığortalanmaq da mümkün deyil.

Səbəb isə o tipli ticarət mərkəzlərində satılan malların heç birinin rəsmi uçotu və rəsmi hesabatının olmamasıdır. Bilinmir ki, o mağazada nə qədər mal var, nə vaxt daxil olub, hansı qiymətə mağazaya gəlib, hansı qiymətə satılıb - bunların hamısı vergi uçotundan gizlədilir. Ona görə də sığorta şirkətlərinə müraciət edəndə ki, gəlin sığortalayın, həmin şirkətlər mağazada mövcud olan mallar barəsində rəsmi sənəd tələb edir. Bu da olmayanda sığorta şirkəti sığortalamadan haqlı olaraq imtina edir. Sabah yenə bu günkü kimi yanğın baş versə, müəyyən etmək olmayacaq ki, orda nə qədər mal olub".

Ekspert problem ilə bağlı həll yolları da təklif edib:

"Daşınmaz əmlakla bağlı məsələdə nəzarət gücləndirilməlidir. Əmlaklar öz bazar real bazar dəyəri ilə sığortaya cəlb olunsunlar. Həmin icarədarlarla rəsmi icarə müqavilələri imzalanmalıdır. Bəzən sahibkarlar deyə bilər ki, biz bunu çox vergi ödəməmək üçün edirik və s. hətta bununla bağlı da mən təklif etmişəm ki, qoy vətəndaşlara amnistiya verilsin. Tutaq ki, dürüst şəkildə anbarda nə qədər mal olduğu bəyan edilsin. Sahibkarlar da o vergidən azad edilsin. Amma vaxt verilsin ki, o malları satıb qutarandan sonra hər şeyi rəsmi edəcəksən. Bu edilməlidir, əks halda vəziyyətdən başqa çıxış yolu yoxdur. Bu ilin artıq neçənci yanğıdır ki, baş verir. Sonra da zərər çəkmişlər Prezident Aparatının, fondun qabağında yığılırlar ki, bizə kömək edin. Mən dövlətin belə məsələlərdə kompensasiya verməsinin qəti əleyhinəyəm. Çünki tənbəlləşirlər, dövlətin sığorta sistemi var. Yanğın başlayanda bu məsələ aktuallaşır, sönəndə bu məsələ də unudulur”.

Yanğın zamanı ətrafda olan avtomobillərə dəyən ziyanla bağlı siğorta məsələsi də müzakirə olunur Bu məsələ ilə bağlı isə Nəqliyyat eksperti Elməddin Muradlının fikirlərini öyrəndik. Ekspert yalnız tam şəkildə sığortası olanlara dəyən ziyanın əvəzinin ödəniləcəyini bildirdi:

"Bu bir təbii fəlakət hesab oluna bilər və bundan heç kim sığortalanmayıb. Əgər kasko sığortası varsa, dəymiş zərəri sığorta ödəyə bilər. Amma reallıqla yanaşanda görürük ki, əksər sürücülərin kasko sığortası yoxdur. Ümumiyyətlə, bizdə sığortaya maraq azdır. İcbari sığortanı da cərimə ödəməmək üçün edirlər. Təəssüflə qeyd edirəm ki, orda insanlara dəymiş ziyanın ödənilməsi müəmmalı məsələdir. Orda zərər görmüş obyektlərin də böyük ehtimalla, 80-90%-in sığortası yoxdur”.

Xatırladaq ki, bu il baş verən "Diqlas" yanğınında 400 nəfərdən çox vətəndaşa zərər dəymişdi. Sahibkarların siğortası olmamasına baxmayaraq, Prezident İlham Əliyev məsələ ilə bağlı komissiyanın yaradılması və zərər çəkənlərə maddi yardım edilməsi ilə bağlı sərəncam imzalamışdı.

Son xəbərlər

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

MƏNƏVİYYATININ ƏSAS ROLU

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Həsənxan Əsədov : DOSTUM - FOTO

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31