Azərbaycanın sığorta bazarında 2021-ci il üçün yığım həddi arta bilər - EKSKLÜZİV "Daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuiliyyətinin icbari sığortası növləri sığorta bazarının illik 300-400 milyon manat məbləğində əlavə artımını təmin edə bilər".

Turaztv.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Asosiasiyasının sədri Azər Əliyev bildirib.

O deyib ki, ölkənin sığorta bazarında nəhəng potensial var: "Bazarın inkişafını müxtəlif istiqamətlərə yönəltmək olar və bu, lazımdır. Söhbət həm əmlakın sığortası növlərindən, həm də həyat sığortasından gedir. Belə ki, 2011-ci ildə həyat sığortası üçün möhkəm bünövrə qoyulmuşdu”.

Assosiasiya rəhbəri hesablaşmalarda dəqiqləşdirmə və avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuiliyyətinin icbari sığortası kimi növlərin daha geniş yayılması hesabına sığorta bazarında daha böyük artım imkanlarının olduğunu dilə gətirib.

“Əhalinin daşınmaz əmlakının icbari sığortası kimi sərfəli sığorta növü az qala heç istifadə olunmur. Halbuki əhalinin maliyyə cəhətdən müdafiəsi baxımdan bu, olduqca mühüm sığorta məhsuludur. Sadalanan sığorta növlərini tam gücü ilə işə salmaq üçün bir qədər səy göstərilsə, sığorta bazarının illik 300-400 milyon manatdan çox əlavə artıma nail olmaq mümkündür”, – ekspert vurğulayıb.

A.Əliyevin fikrincə, yeni sığorta növlərinin tətbiqi ilə ölkə başçısı tərəfindən 2021-ci ildə sığorta yığımlarını 1,5 milyard manata çatdırmaq barədə qoyulan vəzifəni artıqlaması ilə yerinə yetirmək mümkün olar.

Ümumiyyətlə, bu ilin üç ayı ərzində 21 sığorta şirkətinində ödənilən sığorta haqları 201.174 min manat, yəni ötən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz çox olub. Həmin müddət ərzində hər 100 manat sığorta haqqı ödənişlərinə 23 manat sığorta ödənişləri qeydə alınıb. 2018-ci ilin müvafiq dövründə isə bu məbləğ 31,2 manat təşkil etmişdi.

Son xəbərlər

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

MƏNƏVİYYATININ ƏSAS ROLU

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Həsənxan Əsədov : DOSTUM - FOTO

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31