Rəcəb Tayyib Ərdoğan Türkiyə Konstitusiyasının yeni redaksiyasını qəbul etməyə çağırıb
“Türkiyənin yüzilliyi” konsepsiyası vaxtilə hərbi çevrilişin nəticələrinə əsasən işlənib-hazırlanmış və qəbul edilmiş Konstitusiya əsasında həyata keçirilə bilməz.

AZƏRTAC “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ankarada hakim Ədalət və İnkişaf Partiyasının 28-ci çağırış parlamentindəki fraksiyasının ilk iclasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, ölkə Konstitusiyasının yeni redaksiyasının qəbul edilməsi Türkiyənin gələcək inkişafı üçün mühüm stimul olacaq.

Dövlət başçısı ölkənin Əsas qanununun yeni redaksiyasında müsəlman qadınlarının baş örtüyünü taxmaq hüququnu təsbit etməyi təklif edib və hakimiyyətin opponentlərini Türkiyənin yeni Konstitusiyası üzərində aparılan işi dəstəkləməyə çağırıb.

Türkiyə lideri çıxışında, həmçinin vurğulayıb ki, ölkə dünyanın 10 aparıcı iqtisadiyyatı siyahısına daxil olana qədər hökumət səylərini dayandırmayacaq. Bununla bağlı o deyib ki, Nazirlər Kabineti Türkiyənin 12-ci İnkişaf Planı və Ortamüddətli İnkişaf Proqramı üzərində aparılan işi davam etdirir.

“Əminəm ki, ölkəmizin 85 milyonluq əhalisinin hamısı Türkiyənin iqtisadi rifahından bəhrələnəcək. İqtisadi sahədə aparılan işin koordinasiyası üçün biz vitse-prezident, Maliyyə Nazirliyi və Mərkəzi Bank arasında sıx əlaqə qurmuşuq”, - deyə dövlət başçısı əlavə edib.

Prezident qeyd edib ki, ölkədə son 21 ildə real mənada 312 faiz artan minimum əməkhaqqı son onilliklərdə Türkiyənin inkişafının əyani göstəricisidir.

Son xəbərlər

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir

Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31