Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi regionun inkişafına, sabitliyinə və təhlükəsizliyinə xidmət edir
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Azərbaycan Respublikasının Prezidenti cənab Prezidentimiz İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir.
Cari ilin 13 iyun tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident seçkilərindəki qalibiyyətindən sonra ilk dövlət səfərini Azərbaycana reallaşdırması dostluq və qardaşlıq əlaqələrimizin yüksək inkişafının göstəricisi olmaqla yanaşı, həm də Ankaranın strateji hədəflərindəki Azərbaycan amilinin bütün dünyaya yüksək səslə bəyan edilməsidir.
İki qardaş ölkə arasında iqtisadi əməkdaşlıq barədə iyunun 13-də prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarında da geniş bəhs edilib. Dövlətimizin başçısı məmnunluq hissi ilə ticarət dövriyyəsinin sürətlə artdığını və bunun artıq 6 milyard dollara yaxınlaşdığını, eyni zamanda, bu prosesin dinamik xarakter aldığını bildirib: “Çünki birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək, xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq”.
Ölkə başçısı cənab İlham Əliyev bəyanatı zamanı Şuşa Bəyannaməsinə toxunaraq bu sənədlə Türkiyə və Azərbaycan rəsmən müttəfiq olduğunu bildirdi: “Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur”.
Birgə bəyanat zamanı Ölkə rəhbəri cənab İlham Əliyev regionun gələcək rifah üçün Zəngəzur dəhlizinə önəm vermələri isə müstəsna əhəmiyyət daşımaqda olduğunu da diqqətə çatdıraraq demişdir: “Biz, eyni zamanda, Zəngəzur dəhlizinin tezliklə açılması haqqında fikir mübadiləsi apardıq, bu məsələni müzakirə etdik. Zəngəzur dəhlizinin açılması qaçılmazdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Hər halda biz bu istiqamətdə səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”.
Göründüyü kimi, Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi regionda sabitliyinə və təhlükəsizliyinə xidmət edir. İki qardaş ölkənin həyata keçirdiyi layihələr Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təmin edilməsi ilə yanaşı, regionda yaşayan bütün xalqların inkişafı üçün geniş imkanlar yaradır.
Eldar Aslanov,
ADPU tədris işləri üzrə prorektoru,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent.


/atributinfo.az/

Son xəbərlər

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31