
Vəfat edən deputat Yevda Abramov kimdir? – DOSYE

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib. İsraildə dünyasını dəyişən mərhumun nəşi Qırmızı Qəsəbəyə gətirilib.
Qaynarinfo vəfat edən millət vəkilinin qısa tərcümeyi-halını təqdim edir
Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olmuşdur. 1970 ci ilərdə Quba rayon Ispik kəndində dərs demişdir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib və pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb. Azərbaycan, türk, rus və fars dillərini mükəmməl şəkildə bilir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. 6 noyabr 2005-ci ildə 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmişdir.
Milliyətcə yəhudidir.
11 iyun 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Sasunoviç Abramov "Şöhrət” ordeni ilə təltif edilib.
Ailəlidir, 4 övladı var.
Allah rəhmət etsin
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













