833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib
Azərbaycan Hökumətinin və Dünya Bankının birgə maliyyələşdirməsi üzrə həyata keçirilən Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsinin (Əlavə maliyyələşdirmə) alt komponenti olan Məcburi Köçkün Gənclərin Dəstəklənməsi proqramının ilk mərhələsinə yekun vurulub.

Bu münasibətlə noyabrın 29-da Gəncə şəhərində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Dünya Bankının, digər aidiyyəti orqanların və media nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Tədbir iştirakçılarına məlumat verilib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, maddi rifahının yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə məcburi köçkünlərə dövlət qayğısının artırılması, həmçinin özəl sektorun bu sahədəki problemlərin həllini dəstəkləməsi istiqamətində işlər aparılır.

Qeyd olunub ki, ilk mərhələsi başa çatan proqram üzrə ölkədə 2500 məcburi köçkün gəncin peşə təlimlərinə cəlb olunması, seçdikləri sahələr üzrə biliyə yiyələnməsi, təcrübə əldə etməsi, təlimlərin sonunda sertifikat və avadanlıqlar alması nəzərdə tutulub.

Layihənin şərtlərinə uyğun olaraq, proqram 3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə köçkün gənclərdən 833 nəfəri 6 ay peşə və 3 ay kompüter bacarıqları üzrə təlimlər keçib. Təlimləri uğurla başa çatdıran gənclər əlavə olaraq, 15 günlük "Biznesin idarə olunması” təlimlərinə cəlb edilib.

Layihə çərçivəsində məcburi köçkün gənclər 40-dan çox istiqamət – mühasib, dərzi, çilingər, dülgər, bərbər, plastik qapı-pəncərə ustası, dizayner, mebel ustası, xalçaçı, videooperator, fotoqraf, şirniyyatçı, rəngsaz, qaynaqçı, qaz operatoru, kompüter operatoru və s. peşələr üzrə təlimlərdə iştirak ediblər.
Peşə təlimlərini və biznes təlimi üzrə imtahanları qənaətbəxş səviyyədə başa çatdıran, biznes planları layihənin İcraçı Komitəsi tərəfindən təsdiq edilən gənclərə, öz bizneslərini formalaşdırmaq üçün, bu il noyabr ayının 19-dan etibarən alət və avadanlıqların verilməsinə başlanılıb.

Gəncədə keçirilən tədbirdə də bir qrup gəncə seçdikləri peşələrə uyğun alət və avadanlıqlar verilib.

833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib
833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib
833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib
833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib
833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib
833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib

Son xəbərlər

SÖZÜN İKİ ÜZÜ, İNSANIN BİR ÜZÜ - FOTO

977-ni aşırdın, 1000-ə nə qaldı?...

PÜSTƏ RƏVAN : GƏLİN APARIN - FOTO

Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır - ŞƏRH

Daha bir məşhur sima "A.B.İ"də - FOTO

“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı - Foto

14 ildən sonra eyni serialda rol alacaqlar

Tətildən şəkil paylaşmayın - Süni intellekt yerinizi ələ verir

Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

DİN-də işləmək istəyənlərin nəzərinə

Bağlanan universitetin tələbələri ilə bağlı rəsmi açıqlama

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Paşinyanın "Dördüncü Respublika"sı: Ermənistanın gələcəyi Bakı və Ankara ilə bağlıdır - ŞƏRH

İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib

İRADƏNİN "OBYEKTİV"İ VƏ DÜNYANIN SUBYEKTİV DƏRDİ

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Avqust ayının pensiya ödənişləri yekunlaşıb

Rusiya Ukraynanın üç vilayətinə hücum edib: 3 nəfər ölüb, 29 nəfər yaralanıb

Məzahir Pənahov Qazaxıstanda parlament seçkilərini izləyəcək

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır

Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq

KL: Pley-off mərhələsinə start verilib

ABŞ maliyyə naziri İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküşlə hədələyib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31