Misir XİN: Türkiyə xarici işlər nazirinin Qahirəyə səfəri münasibətlərin normallaşmasında mühüm addım olacaq
Martın 18-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Misirə səfər edəcək. Bu, son 10 ildə Ankaradan Qahirəyə nazirlər səviyyəsində ilk səfər olacaq.

AZƏRTAC “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeydin bu gün yayılan bəyanatında deyilir: “Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Misirə şənbə günü həyata keçirəcəyi səfər iki ölkə arasında normal münasibətlərin bərpası üçün mühüm bir yol açır. Səfər iki qardaş dövlət və xalqın maraqlarına cavab verən qarşılıqlı anlaşmaya nail olmaq məqsədi ilə ikitərəfli münasibətlər, hər iki ölkəni maraqlandıran regional və beynəlxalq məsələlər üzrə dərin səviyyəli dialoqun başlanğıcı olacaq”.

XİN rəsmisi məlumat verib ki, Mövlud Çavuşoğlunun Misirin xarici işlər naziri Sami Şükri ilə təkbətək və geniş tərkibdə görüşləri olacaq. O əlavə edib ki, daha sonra xarici işlər nazirləri birgə mətbuat konfransı keçirəcəklər.

Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, xarici işlər naziri Mövlud Çavuşoğlunun misirli həmkarının dəvəti ilə şənbə günü Qahirə və Ankara əlaqələrinin bərpası istiqamətində aparacağı danışıqlar böyük əhəmiyyətə malikdir. “Nazirlər ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələləri də müzakirə edəcəklər”, - deyə rəsmi Ankara qeyd edib.

Mövlud Çavuşoğlunun səfəri misirli həmkarı Sami Şükrinin keçən ay Türkiyənin zəlzələ bölgəsinə etdiyi səfərdən sonra xoş məram əlaməti olaraq həyata keçiriləcək. Fevralın 6-da həm Türkiyə, həm də Suriyada baş verən və 50 mindən çox insan tələfatına səbəb olan 7,8 bal gücündə zəlzələdən sonra Misir Türkiyəyə yardım edib. Faciə günü Misir Prezidenti Əbdülfəttah əs-Sisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək dağıdıcı zəlzələ qurbanları üçün başsağlığı verib.

Son xəbərlər

Şagirdlərin elektron yerdəyişməsi başladı

Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı

Qiyamət günü əslində nə vaxt olacaq? - 5 böyük əlamət

Təhlükəsizlik qüvvələri evinə basqın etdi, prokuror həbs olundu

Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı

Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü

Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar

İsmayıllıda ağır avtoqəza baş verib, ölənlər var

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

44 il sonra evlənəcəklər - Fotolar

Yeni filmə görə 100 milyon qazanacaq

Britaniyaya qayıdırlar

Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

UEFA Konfrans Liqası: "Qarabağ" bu gün Niderlandda "Tvente" ilə qarşılaşacaq

Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

Anar Nəcəfli vəzifəsindən azad olundu

İtkin düşən tiktokerin üzümlükdə meyiti tapıldı

Helikopter qəzasından sağ çıxan olmadı

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

Rəşad Məcid – Azərbaycan mətbuatının və ədəbi mühitinin nüfuzlu siması

Tramp: İrana qarşı daha sərt sanksiyalar tətbiq oluna bilər

Azərbaycan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında təmsil olunur

Kurtun ölümündə istifadə olunan silah məhv edildi

Şamaxıda “Niva” dərəyə aşıb, iki nəfər ölüb - YENİLƏNİB

Zeynəb Cəmaləddin : BİR OCAQ QURACAQSAN - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31