AAK-ın ekspertləri üçün əməyin ödəniş qaydası müəyyənləşib
Nazirlər Kabineti “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində yaradılan ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi Qaydası”nı təsdiqləyib.
APA-nın məlumatına görə, bu Qayda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində yaradılan ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi qaydasını müəyyən edir.

Ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin saathesabı ödənilməsi məbləği bir saat üçün 15,0 manat müəyyən edilir. Ekspertiza işlərinə cəlb edilən ekspertlərin əməyinin ödənilməsi üçün sərf olunan vaxta əsasən saat normaları aşağıdakı kimidir:

- ekspert şurası üzvlərinin ekspert şurasının iclasında iştirakı - 3 saat;

- fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya və sənədlərin ekspertizası - 12 saat;

- elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya və sənədlərin ekspertizası - 16 saat;

- xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 8 saat;

- xarici ölkələrdə verilmiş elmlər doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş elmlər doktoru elmi dərəcəsi haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 12 saat;

- professor elmi adı almaq üçün təqdim olunmuş sənədlərin ekspertizası - 6 saat;

- dosent elmi adı almaq üçün təqdim olunmuş sənədlərin ekspertizası - 4 saat;

- xarici ölkələrdə verilmiş dosent elmi adı haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş dosent elmi adı haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 2 saat;

- xarici ölkələrdə verilmiş professor elmi adı haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş professor elmi adı haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 4 saat.

- Ekspert şurasının sədri, sədr müavinləri və elmi katiblərinin ekspert şurasının iclasında iştirakına bu Qaydada müəyyən edilən saat normasının ikiqat əmsalı, yəni 6 saat tətbiq edilir.

Ekspertiza işlərinə cəlb edilən ekspertlərin əməyinin ödənilməsi Mülki Məcəllə və “Nağdsız hesablaşmalar haqqında” qanunla tənzimlənir. Ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin saathesabı ödəniş haqları Komissiyanın xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

“Ekspertiza işlərinə cəlb edilən ştatdankənar ekspertlərin əməyinin ödənilməsi haqqında” Nazirlər Kabinetinin 1999-cu il 16 iyun tarixli 99 nömrəli Qərarının müddəaları Komissiyanın nəzdində yaradılan ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsinə şamil edilmir.

Son xəbərlər

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31