Məşhur azərbaycanlı yazıçının oğlu "status" yazdı - Rusiya qarışdıTanınmış azərbaycanlı yazıçı Çingiz Hüseynovun oğlu, Rusiyanın Ali İqtisadiyyat Məktəbinin Filologiya fakültəsinin professoru Həsən Hüseynovun bir həftə əvvəl rus dili haqqında işlətdiyi ifadələr ölkədə böyük qalmaqla səbəb olub.

Yeniavaz.com xəbər verir ki, Həsən Hüseynov "Facebook" sosial şəbəkəsində yazdığı "status"unda rus dilini "yazıq" və "murdar" adlandırıb.
Həsən Hüseynov qeyd edib ki, rus dilinin özündə heç bir problem yoxdur, amma bu dildən yanlış istifadə olunur. Azərbaycanlı professor yazıb ki, Moskvanın qəzet köşklərindən başqa dillərdə nəşrlər tapmaq mümkün deyil. Həsən Hüseynovun bildirib ki, Rusiyada yüz minlərlə ukraynalı, tatar, qırğız, özbək, çinli və alman yaşayır, amma onların dilində heç nə tapmaq mümkün deyil. Filoloq qeyd edib ki, mətbuat və televizyadan rus dili vasitəsilə indi yalnız yalanlar və nifrət yayılır.

Məlumat üçün bildirək ki, Həsən Hüseynovun bu açıqlaması Rusiyada kəskin etirazlarla qarşılanıb. Sosial şəbəkələrdə və Rusiyanı aparıcı mətbuat orqanlarında bu məsələ geniş şəkildə işıqlandırılıb. Xüsusən ermənilərin nəzarət etdiyi mətbuat orqanlarında azərbaycanlı filoloqa qarşı təbliğat aparılır.
Məsələ ilə bağlı Həsən Hüseynovun çalışdığı Ali İqtisadiyyat Məktəbində açıqlama verilib və bildirilib ki, onlar professorun fikirlərini təqdir etməsələr də bu onun şəxsi fikirləridir.

Qeyd edək ki, Həsən Hüseynov 1953-cü ildə Bakı şəhərində məşhur yazıçı Çingiz Hüseynovun ailəsində dünyaya göz açıb. Filologiya üzrə elmlər doktorudur. 1975-ci ildə Moskva Dövlət Universitetinin filologiya fakültəsinin klassik şöbəsinin məzunu olub. 1992-1997-ci illərdə Bremendə Şərqi Avropa İnstitutunda elmi işçi olub, Danimarka, Almaniya, ABŞ-ın universitetlərində dərs deyib. Bonn Universitetinin dosenti olub.
2007-ci ildə Rusiyaya qayıdaraq Moskva Dövlət Universitetinin filologiya fakültəsinin professoru oldu.

2011-ci ilin aprelindən 2012-ci ilin sentyabrına qədər - Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Humanitar Tədqiqatlar Mərkəzinin direktoru olub.

Məşhur azərbaycanlı yazıçının oğlu "status" yazdı - Rusiya qarışdı

Son xəbərlər

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31