Mundialın pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, turnirin G qrupunun üçüncü turu çərçivəsində “Stadium 974”də Serbiya və İsveçrə milli komandaları üz-üzə gəliblər. Argentinalı baş hakim Fernando Rapallininin idarə etdiyi oyunda hesabı isveçrəli Cerdan Şakiri açıb. Yarımmüdafiəçi matçın 20-ci dəqiqəsində fərqlənib. Altı dəqiqə sonra Serbiya millisinin hücumçusu Aleksandar Mitroviç hesaba tarazlıq gətirib. Qarşılaşmanın 35-ci dəqiqəsində Duşan Vlahoviç Serbiya seçməsini hesabda önə keçirib. Brel Embolo oyunun 44-cü dəqiqəsində baxımlı qola imza ataraq hesabı bərabərləşdirib. Matçın birinci hissəsi heç-heçə (2:2) başa çatıb.

İkinci hissənin əvvəlində - 48-ci dəqiqədə Remo Froyler fərqlənməklə İsveçrə millisinin qələbəsini rəsmiləşdirib – 3:2.

Qrupun digər oyununda Kamerun və Braziliya yığmaları qarşılaşıb. “Lusail” stadionunda oynanılan matçın ikinci hissəsinə əlavə olunmuş vaxtda kamerunlu futbolçu Vinsent Abubakar hesabı açıb və bu, qarşılaşmada vurulan yeganə qol olub - 1:0.

Braziliya və İsveçrə yığmaları 6 xalla növbəti mərhələyə adlayıblar. Kamerun 4 xalla üçüncü, Serbiya isə 1 xalla sonuncu olub.

Beləliklə, mundialın pley-off mərhələsində mübarizə aparacaq komandalar bəlli olub: Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa, Avstraliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya, İspaniya, Portuqaliya, Koreya Respublikası, Braziliya və İsveçrə.

Son xəbərlər

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31