Xəbərlər
30.11.2022, 01:07
Futbol üzrə dünya çempionatı: İngiltərə Uels komandasını böyük hesabla məğlub edib
Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda İngiltərə Uels komandasını böyük hesabla məğlub edib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, matçın ilk iki qolu iki dəqiqə ərzində vurulub. Belə ki, İngiltərə komandasından Markus Reşford 50-ci, Fil Foden isə 52-ci dəqiqədə fərqləniblər. Komandanın üçüncü, özünün isə ikinci qolunu Markus Reşford matçın 68-ci dəqiqəsində rəqib qapısından keçirib.
Beləliklə, İngiltərə komandası səkkizdəbir finala vəsiqə qazanıb.
Qeyd edək ki, noyabrın 29-da A qrupunda Ekvador-Seneqal, eyni vaxtda Niderland-Qətərlə görüşüb. Qarşılaşmalarda Niderland 2:0, Seneqal isə 2:1 hesablı qələbə ilə qrupda müvafiq olaraq 1-ci və 2-ci yerləri tutaraq növbəti mərhələyə yüksəliblər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay