Azərbaycanın 16 vətəndaşı Suriyadan ölkəmizə repatriasiya olunub
Noyabrın 24-də Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 16 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, 13 nəfəri uşaq və 3 nəfəri qadın olan repatriantların ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində baş tutub. Onların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edildikdən sonra Türkiyə Respublikası ərazisindən tranzit keçidinə nail olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam olunub, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin edilib.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş biletləri ilə təmin edilib. Noyabrın 24-də isə nümayəndə heyətinin müşayiətilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.

Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, bu günədək İraq və Suriyadan 380 uşaq və 29 qadın olmaqla cəmi 409 nəfər vətəndaşımızın Azərbaycana repatriasiyası həyata keçirilib.

Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində xarici ölkələrdə çətin vəziyyətə düşmüş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyasına dair zəruri tədbirləri gələcəkdə davam etdirəcək.

Son xəbərlər

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

MƏNƏVİYYATININ ƏSAS ROLU

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Həsənxan Əsədov : DOSTUM - FOTO

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31