XİN: Azərbaycan vətəndaşları Bolqarıstan ərazisini quru yolla tranzit keçməklə Türkiyəyə gedə bilərlər
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ukraynanı tərk edən Azərbaycan vətəndaşlarının Bolqarıstan Respublikasının ərazisini quru yolla tranzit keçməklə Türkiyə Respublikasına getmək imkanı barədə məlumat yayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, Ukraynadakı vəziyyətlə əlaqədar, həmin ölkəni qonşu ölkələrə keçməklə tərk etmiş Azərbaycan Respublikası vətəndaşları Bolqarıstan Respublikasının ərazisini quru yolla tranzit keçməklə Türkiyə Respublikasına gedə bilər.

Ukraynanı quru sərhədi ilə qonşu ölkələrə keçməklə tərk etmiş vətəndaşlarımız Rumıniya ilə Bolqarıstan arasındakı bütün sərhəd-keçid məntəqələri vasitəsilə Bolqarıstan Respublikasına, oradan isə Türkiyə Respublikasının ərazisinə keçməklə Azərbaycana səfər edə bilərlər.

Bolqarıstan tərəfi Azərbaycan Respublikası vətəndaşlarının Ukrayna Respublikası ərazisini münaqişə səbəbindən tərk etməsini nəzərə alaraq, onlara münasibətdə ölkə ərazisindən tranzitlə keçmək üçün müvəqqəti olaraq viza tələbini ləğv etmişdir. Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport və ya qayıdış şəhadətnaməsi) təqdim etməlidir.

Bolqarıstan tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar Ruminiyadan quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.

Yaranmış suallarla bağlı vətəndaşlarımız müvafiq olaraq aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilərlər:

Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi:

Telefon: +407 487 77744, +407 409 90079

Elektron poçt: bucharest@mission.mfa.gov

Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi:

Telefon: +359895002732

Elektron poçt: sofia@mission.mfa.gov.az

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı (Ankara şəhəri) səfirliyi:

Telefon: +905550310007

Elektron poçt: ankara@mission.mfa.gov.az

Azərbaycan Respublikasının Türkiyənin İstanbul şəhərindəki baş konsulluğu

Telefon: +905441040111

Elektron poçt: istanbul@mission.mfa.gov.az

Bildiyiniz kimi, bundan öncə verdiyimiz məlumata əsasən, vətəndaşlarımız Ukrayna ərazisini Moldova, Polşa, Slovakiya, Macarıstan və Ruminiya istiqamətlərində tərk edə bilərlər.

Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan Respublikasının vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edir.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.az elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat vətəndaşların diqqətinə təqdim ediləcək.

Son xəbərlər

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31