İran fars-molla rejimi Azərbaycana qarşı mənfur niyyətlərindən əl çəkmir - Anar Salehoğlu
Tariximizə "Zəfər Yürüşü" adı ilə daxil olan 44 günlük vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə regionda yeni reallıqlar yaratdı. 8 noyabr 2020-ci il tarixli üçtərəfli bəyənat Azərbaycan - Ermənistan arasında münasibətlərin normallaşması yolunda ilkin addım oldu. Bu bəyanatın şərtlərinin tamamilə yerinə yetirilməsi, sonda Cənubi Qafqazı inteqrasiya olunmuş əməkdaşlıq məkanına çevirəcək. İki il ərzində Ermənistan tərəfi üçtərəfli bəyənatın qaydalarını dəfələrlə pozdu, son olaraq sentyabr ayında geniştərkibli təxribatlara əl atdı. Ancaq düşmən cavabsız qalmadı, rəşadətli ordumuz qarşı tərəfin təxribatlarının qarşısını alaraq, düşməni yerinə oturtdu. Yaxın günlərdə Praqada keçirilən görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı və reallığı tam qəbul etdi.
İran fars molla rejimi isə daim Azərbaycan - Ermənistan münaqişəsini qızışdıran tərəf olub. 30 il ərzində Ermənistana hərbi-siyasi yardım göstərib. 44 günlük vətən müharibəsi dövründə dəfələrlə bunun sübutları ilə rastlaşmışıq. 8 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasından sonra İranın dini-siyasi rəhbərliyi dahada fəallaşmağa başladı. Bunun bir çox səbəbləri var. Həmin səbəblərdən biri "Zəngəzur Dəhlizi" nin açılması məsələsidir. Fars-molla rejimi "Zəngəzur Dəhlizi"nin açılmasına qəti şəkildə qarşı çıxır. Bu onların mənfur niyyətlərindən irəli gəlir. Zəngəzur Dəhlizi Türk dünyasının coğrafi birləşməsinə, İslam qövsünün akutual siyasi terminə çevrilməsinə və regional inkişafın təmin edilməsinə imkan yaradacaq. İran fars-molla rejimi üçün sadalananların hər biri qəbuledilməzdir. Çünki, İran türk dünyasının coğrafi birləşməsini özü üçün təhdid hesab edir. Bununla yanaşı islam qövsünün türk dövlətlərinin ərazisindən keçməsini də həzm edə bilmir. Cənub qonşumuz Cənubi Qafqaz regionunun inkişafının qarşısını almaq üçün də müxtəlif yollara əl atır. Bu istiqamətdə İran Ermənistandan alət kimi istifadə edir. Avqust ayında İranın Qafanda baş konsulluq açması da məhz bu məqsədlərə xidmət edir. Ermənistan tərəfi İranın siyasi oyunlarına uymamalıdır. Əks halda iqtisadi bloklada şəraitində uzun müddət yaşaya bilməyəcək. Ermənistan üçün ən doğru qərar Azərbaycanla münasibətlərin yüksək səviyyəyə çatdırılmasına maraq göstərməkdir. Çünki, Ermənistanın tərəqqisi Azərbaycandan bilavasitə asılıdır. "Zəngəzur Dəhlizi" də region və dünya üçün müsbət mənada böyük əhəmiyyətə malikdir. İran təsir dairəsinin daralmasından qorxduğu üçün koridorun fəaliyyətə başlamasını qəbul etmir. Ancaq İranın fars-molla rejimi sonda reallıqlar ilə razılaşmağa məcbur olacaqdır. Zəngəzur Dəhlizi artıq reallıqdır və çox yaxın tarixdə öz fəaliyyətinə başlayacaq!

Son xəbərlər

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Türkiyədə zəlzələ olub

ELM və TƏHSİLƏ HƏSR OLUNMUŞ MƏNALI və ŞƏRƏFLİ ÖMÜR YOLU

VƏTƏN HİSSİ VƏ ŞƏHİD MƏQAMI: "VƏTƏNƏ YAZILAN ÖMÜR" KİTABI SUMQAYITDA TƏQDİM OLUNDU

Nura - Nur : Yavaş - yavaş bitən FOTO

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

Yerdə maqnit qasırğası başladı: 3 gün davam edəcək

Məşhur aktrisa vəfat etdi

"Yeraltı"da daha bir dəyişiklik - FOTO

"Hansısa brendə 5 min avro vermərəm" - Seda Sayan

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Rezidenturaya qəbul üzrə keçirilmiş müsabiqənin nəticələri elan olunub

Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 107 il ötür

Uşaqların ekran qarşısında qalması bəzi bacarıqlara kömək edə bilər

XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31