Azərbaycan boksçuları Avropa birinciliyini 5 medalla başa vurublar
İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi başa çatıb. 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının mübarizə apardığı yarışın final mərhələsinin axşam sessiyasında Azərbaycan yığmasının daha 2 üzvü həlledici döyüşə çıxıb.

AZƏRTAC Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, boksçumuz Məhəmmədəli Qasımzadə (57 kq) ikinci dəfə Avropa çempionu tituluna yiyələnib. Nik Smirnov (Almaniya), Kallum Karrageri (İrlandiya) və Nikolayes Zamyatinsi (Latviya) məğlub edən millimizin üzvü bu titula finalda bolqarıstanlı Viktorio İliyevi məğlub etməklə nail olub. M.Qasımzadə həlledici döyüşdə rəqibinə 3:2 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ötən il analoji yarışda gümüş medal qazanan Məhəmmədəli 2019-cü ildə məktəblilər arasında da qitənin ən güclüsü adını qazanıb.

Armandas Kreqzde (Litva), Artur Avetikyan (Ermənistan) və Levan Demurovini (Gürcüstan) mübarizədən kənarlaşdıran Məhəmmədəli Aşurəliyev (54 kq) isə finalda ingiltərəli Adam Maca ilə gücünü yoxlayıb. Gərgin keçən döyüşdə rəqib qələbə qazanıb və boksçumuz yarışı ikinci pillədə bitirib.

Beləliklə, Azərbaycan milli komandası 8 gün davam edən Avropa birinciliyini 2 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub. M.Aşurəliyev və M.Qasımzadədən öncə Emili Rzayeva (70 kq) çempion tituluna yiyələnib, Nərmin Əlizadə (48 kq) ikinci, Aynur Mikayılova (50 kq) üçüncü yeri tutub.

Nəticədə boksçularımız Avropa birinciliyində 3 ildən sonra qızıl, 6 ildən sonra isə 5 medal qazanıblar.

Qeyd edək ki, yığmamız oktyabrın 7-də Bakıya qayıdacaq.
Azərbaycan boksçuları Avropa birinciliyini 5 medalla başa vurublar

Son xəbərlər

Gəlinlik seçməyə getmişdi, maşının altında qalıb öldü - Toyu günü dəfn olundu

Onların pensiyaları yenidən hesablanaraq artırıla bilər

Yaponiyanın mərkəzində zəlzələ oldu

Əsir düşmüş azərbaycanlı şok faktları açıqladı

Bu gün Azərbaycanda xüsusi dövlət mühafizəçilərinin günüdür

Arzum budur - ucaldıqca, ucal sən

SEVİNC YUNUSLU : Ölsəm bir məktub yazacam - FOTO

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

XURAMAN İSMAYIL QIZI MURADOVA — İNSANA XİDMƏTƏ HƏSR OLUNMUŞ ÖMÜR

Müəllif: Gülnarə Məhəmmədqızı : ÖZÜMƏ TƏRƏF - FOTO

İpoteka ilə ev almaq istəyənlərin nəzərinə - Seçim imkanı var

Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?

Yer kürəsində həyatın ən qədim izləri aşkar edildi

X-da 50 milyon dollarlıq pay sahibidir - Bakıda özünə toy edir

"Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı

“Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam”

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı - Səfirlikdən açıqlama-Yenilənib

Tbilisidə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçirilib - FOTOLAR

Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"

Türkiyədə helikopter qəzaya uğrayıb

Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib

Новрузали Асланов: отношения между Баку и Ташкентом имеют более широкое значение, чем двустороннее сотрудничество

Azərbaycan nefti cüzi bahalaşıb

Yay geri qayıdır: Qəfil istilənmə kimləri və nələri “vuracaq”? – TƏHLÜKƏ

Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir

Əməkdar artist Aygün Bəylərin doğum günüdür

Bazar günü 40 dərəcə isti olacaq

Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31