MOK 30 illik yubileyi münasibətilə “Heydər zirvəsi”nə yürüş olub
Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi münasibətilə MOK-un rəsmiləri, olimpiyaçılar və “ReAzerbaijan” üzvlərindən ibarət qrup “Heydər zirvəsi”nə qalxıb.

MOK-dan AZƏRTAC-a bildirilib ki, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevin rəhbərlik etdiyi qrup üzvləri 14 saatlıq yürüşün sonunda MOK-un 30 illik loqosunun əks olunduğu bayrağı “Heydər zirvəsi”nə sancıblar.

Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin mürəkkəb relyefinə baxmayaraq, qrup üzvləri yüksək əhval-ruhiyyə və qürurla “Heydər zirvəsi”nə qalxıblar. Ulu Öndərin əziz xatirəsi yad edilib və Azərbaycan bayrağı dalğalandırılıb. Dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə MOK-un İdman İdarəsinin direktoru Həsənağa Rzayev, İdman idarəsinin işçiləri Vaqif Əliyev, İntiqam Səfərov, Beynəlxalq əlaqələr idarəsinin direktoru Anar Bağırov, Marketinq idarəsinin üzvləri Səkinə Vəliyeva, Ruslan Məmmədov, Olimpiya çempionları Nazim Hüseynov, Fərid Mansurov, olimpiyaçı Fəridə Əzizova, həmçinin “ReAzerbaijan”ın təsisçisi Adnan Hüseyn, blogerlər Orxan Aslanov, Vəfa Əli, Fuad Tağıyev, Həvva Səfərova, Cəfər Nəcəfov və başqalarından ibarət qrup qalxıb.
MOK 30 illik yubileyi münasibətilə “Heydər zirvəsi”nə yürüş olub
MOK 30 illik yubileyi münasibətilə “Heydər zirvəsi”nə yürüş olub
MOK 30 illik yubileyi münasibətilə “Heydər zirvəsi”nə yürüş olub

Son xəbərlər

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Türkiyədə zəlzələ olub

ELM və TƏHSİLƏ HƏSR OLUNMUŞ MƏNALI və ŞƏRƏFLİ ÖMÜR YOLU

VƏTƏN HİSSİ VƏ ŞƏHİD MƏQAMI: "VƏTƏNƏ YAZILAN ÖMÜR" KİTABI SUMQAYITDA TƏQDİM OLUNDU

Nura - Nur : Yavaş - yavaş bitən FOTO

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

Yerdə maqnit qasırğası başladı: 3 gün davam edəcək

Məşhur aktrisa vəfat etdi

"Yeraltı"da daha bir dəyişiklik - FOTO

"Hansısa brendə 5 min avro vermərəm" - Seda Sayan

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Rezidenturaya qəbul üzrə keçirilmiş müsabiqənin nəticələri elan olunub

Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 107 il ötür

Uşaqların ekran qarşısında qalması bəzi bacarıqlara kömək edə bilər

XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31