Azərbaycan ombudsmanı Ankarada beynəlxalq sammitdə çıxış edib
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu tərəfindən iyunun 29-da Ankarada işə başlayan və ayın 30-dək davam edəcək “İnsan hüquqlarının müdafiəsi və təbliğində milli insan hüquqları institutlarının güclənən rolu: yeni çağırışlar, nailiyyətlər və imkanların dərk edilməsi” adlı beynəlxalq sammitdə iştirak edir.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, Türkiyənin aidiyyəti dövlət qurumlarının, bir sıra nüfuzlu beynəlxalq təşkilatların, Almaniya, Xorvatiya, Danimarka, Bosniya və Herseqovina, Albaniya, Özbəkistan, Gürcüstanın milli insan hüquqları institutlarının təmsil olunduqları tədbirin ilk günündə Azərbaycan ombudsmanı məruzə ilə çıxış edib.

S.Əliyeva milli insan hüquqları institutlarının insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi sahəsində rolundan danışaraq, iştirakçıları Azərbaycan təcrübəsi barədə məlumatlandırıb.

Ombudsman çıxışında müasir dünyada insan hüquqlarının müdafiəsi, habelə beynəlxalq hüquq normalarının tətbiqi ilə əlaqədar mövcud problemlərə toxunub. S.Əliyeva Ermənistanın Azərbaycana qarşı beynəlxalq insan hüquqları və humanitar hüquq normalarına zidd olaraq törətdiyi müharibə cinayətləri, işğal dövründə ölkəmizin zəngin flora və faunasına dəymiş zərər, dağıdılmış, özününküləşdirilib, təhqir edilib, talanmış tarixi və mədəni irsimiz barədə statistik göstəricilərə istinad edərək, sammit iştirakçılarına geniş məlumat verib. O, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3890 azərbaycanlının, habelə İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 6 şəxsin taleyi barədə Ermənistan tərəfinin bu günədək məlumat vermədiyini də nəzərə çatdırıb.

S.Əliyeva işğal zamanı Azərbaycan ərazilərinə basdırılmış bir milyona yaxın minanın böyük təhlükə mənbəyi olaraq qaldığını, Ermənistan tərəfinin dəqiq mina xəritələrini verməməsinin postmüharibə dövründə insanların həlak olması və yaralanmasına səbəb olmaqla yanaşı, yüz minlərlə məcburi köçkünün doğma torpaqlarına qayıdışını da ləngitdiyini bildirib. Çıxışda, həmçinin istismar müddəti bitmiş Metsamor Atom Elektrik Stansiyasının bütün region üçün bir təhdid olaraq ətraf mühitə və insanların sağlamlığına ciddi ziyan vurduğu da diqqətə çatdırılıb.

Müharibənin ağır fəsadlarından danışarkən S.Əliyeva rəhbərlik etdiyi təsisatın bu insan hüquqları pozuntularının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyəti barədə də məlumat verib.

Yekunda Ombudsman insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və təşviqi məqsədilə milli insan hüquqları institutlarının şəbəkələşməsinin, eləcə də birgə səylərin artırılmasının əhəmiyyətini vurğulayıb.

Son xəbərlər

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

VƏTƏN HİSSİ VƏ ŞƏHİD MƏQAMI: "VƏTƏNƏ YAZILAN ÖMÜR" KİTABI SUMQAYITDA TƏQDİM OLUNDU

Nura - Nur : Yavaş - yavaş bitən FOTO

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

Yerdə maqnit qasırğası başladı: 3 gün davam edəcək

Məşhur aktrisa vəfat etdi

"Yeraltı"da daha bir dəyişiklik - FOTO

"Hansısa brendə 5 min avro vermərəm" - Seda Sayan

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Rezidenturaya qəbul üzrə keçirilmiş müsabiqənin nəticələri elan olunub

Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 107 il ötür

Uşaqların ekran qarşısında qalması bəzi bacarıqlara kömək edə bilər

XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib

Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

Azərbaycan qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı proqnozunu yeniləyib

Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB

Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb

Yeni “Çimen” o olacaq - Fotolar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31