Şamaxıda Azərbaycan satirik şeirinin ustadı M.Ə.Sabirin anadan olmasının 160 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib
İyunun 12-də Şamaxıda Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Sabir poeziya günləri” çərçivəsində Azərbaycan satirik şeirinin ustadı Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli, respublikanın tanınmış şair və yazıçıları, rəssamları, habelə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Turaztv.az -ın məlumatına görə AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları öncə M.Ə.Sabirin Şamaxının qədim Yeddi Gümbəz qəbristanlığındakı məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər. Sonra böyük sənətkarın ev muzeyi ziyarət olunub. Şəhərdə ustad sənətkarın adını daşıyan parkdakı heykəlini ziyarət edən qonaqlar abidənin önünə də çiçəklər qoyublar.

Sonra tədbir Mədəniyyət Mərkəzində davam etdirilib. Azərbaycan Yazıçılar Birliyi Şirvan bölgəsinin rəhbəri, yazıçı Orxan Fikrətoğlunun aparıcılığı ilə keçirilən konfransı giriş sözü ilə açan Yazıçılar Birliyinin sədri Anar görkəmli sənətkarın satiralarını müsəlman Şərqində bir intibah, oyanış kimi qiymətləndirib, Sabir poeziyasının ölməzliyini, bənzərsiz söz ustadının fikirlərinin hər zaman aktual olduğunu diqqətə çatdıraraq yaradıcılığının Azərbaycan ədəbiyyatında mühüm yer tutduğunu vurğulayıb və onun uşaq şeirlərindən nümunələr söyləyib.

Mirzə Ələkbər Sabir Fondunun rəhbəri, şairin nəvəsi Sevda Tahirli çıxışında elmi-praktik konfransın təşkilatçılarına təşəkkürünü bildirib, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr barədə məlumat verib, ustad sənətkarın 160 illiyinə həsr olunan filmin çəkildiyini və filmdə sovet dönəmində Sabir yaradıcılığına yanlış yanaşmanın olduğunu söyləyib.

İcra başçısı Tahir Məmmədov çıxışında Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi olan Mirzə Ələkbər Sabirə göstərilən dövlət qayğısından, ustad sənətkara olan xalq məhəbbətindən, sonsuz ehtiramdan söz açıb.

Konfransda çıxış edən “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazıçılar İlqar Fəhmi, Azər Turan, AMEA-nın nümayəndəsi Abid Tahirli, Filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva və başqaları 1961-ci ildən başlayaraq hər il şairin doğum günündə keçirilən “Sabir poeziya günləri”nin əhəmiyyətindən danışıb, Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi Mirzə Ələkbər Sabirə xalq məhəbbətindən söz açıb, damarlarında azərbaycanlı qanı axan hər bir vətəndaşımız üçün onun əbədi qürur mənbəyi olduğunu vurğulayıblar.

Çıxışlarda diqqətə çatdırılıb ki, cəmiyyətdə mövcud olan bütün neqativ hallar Sabir yaradıcılığında öz əksini tapıb.

Tədbirdə gənc yazarların Mirzə Ələkbər Sabirə həsr etdikləri şeir və qəzəlləri səsləndirilib.

Son xəbərlər

Bir yaşlı qızı ilə dünya rekordu qırdı

Şah Abbasa tab gətirdik, Putinə dözmək olmur" - Saakaşvili

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Gəncədə domino oynayarkən başlayan dava ölümlə bitdi

Ən yüksək sosial yardımı onlar alır - SİYAHI

Bloger "vəziyyət ağırdır" deyib üsyan etdi

"Queen"in üzvü vəfat etdi

Tərəf müqabili oldular

SÖZÜN İKİ ÜZÜ, İNSANIN BİR ÜZÜ - FOTO

PÜSTƏ RƏVAN : GƏLİN APARIN - FOTO

İRADƏNİN "OBYEKTİV"İ VƏ DÜNYANIN SUBYEKTİV DƏRDİ

977-ni aşırdın, 1000-ə nə qaldı?...

Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır - ŞƏRH

Daha bir məşhur sima "A.B.İ"də - FOTO

“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı - Foto

14 ildən sonra eyni serialda rol alacaqlar

Tətildən şəkil paylaşmayın - Süni intellekt yerinizi ələ verir

Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

DİN-də işləmək istəyənlərin nəzərinə

Bağlanan universitetin tələbələri ilə bağlı rəsmi açıqlama

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Paşinyanın "Dördüncü Respublika"sı: Ermənistanın gələcəyi Bakı və Ankara ilə bağlıdır - ŞƏRH

İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31