Meymunçiçəyi Azərbaycana da gələcək - Həkimlərdən həyəcan təbili
Meymunçiçəyi DNT tərkibli virusdur, koronavirus isə RNT tərkiblidir. Yəni meymunçiçəyi virusunun mutasiyaya uğramaq ehtimalı daha azdır. Meymunçiçəyi virusu ilk dəfə Afrikada tapılıb və orada yayılıb. Əgər çox yayılma ehtimalı olsaydı, antisanitariya və şəxsi gigiyena qaydalarına daha az əməl edən Afrika əhalisi arasında daha çox yayılardı. Hazırda yayılmış meymunçiçəyi virusunun Qərbi Afrika variantı daha yüngül keçirilir, 99% hallarda sağalma ilə nəticələnir.

Turaztv.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə həkim-radioloq Aydın Əliyev danışıb.
Həkim xəstəliyin pandemiyaya çevrilmək ehtimalının az olma səbəblərini izah edib:

“ A) inkubasion və prodromal dövrdə, yəni xəstəlik əlamətləri olmayan və az olan şəxslər demək olar ki, yoluxdurucu deyil. B) Hava-damcı yolu ilə az yoluxur. C) Təbii çiçək virusuna qarşı vaksin edilmiş şəxslər meymunçiçəyindən 85% sığortalanıb, yəni 1980-ci ilə qədər təbii çiçək virusuna qarşı peyvənd edilmiş şəxslər yoluxmayacaq və yoluxduğu halda yüngül keçirəcək!

Suçiçəyinə qarşı peyvənd və suçiçəyi keçirmiş şəxslərdə yaranan immunitet meymunçiçəyinə qarşı keçərli deyil. Çünki suçiçəyi virusu herpes viruslarına, meymunçiçəyi virusu isə poxovirus ailəsinə aiddir.
Suçiçəyi və meymunçiçəyi xəstəliyinin əsas fərqləndirici əlamətləri: a) meymunçiçəyi xəstəliyində limfa düyünləri böyüyür, ovuc və ayaqaltı səthlərində səpgilər olur, suçiçəyində isə bu əlamətlər olmur və ya çox az olur”.
Həkim əlavə edib ki, meymunçiçəyinə qarşı peyvənd mövcuddur. Əgər pandemiya təhlükəsi olarsa, bu peyvəndin geniş istehsalı olacaq.
“Bir çox suçiçəyinə yoluxmuş xəstələr onlarda meymunçiçəyinin olmasından şübhələnirlər və bu, başa düşüləndir. Çünki hazırda ölkəmizdə suçiçəyi virusu da çox yayılıb. Bunun əsas səbəbi ölkəmizdə suçiçəyi virusuna qarşı peyvəndləmənin dövlət proqramına daxil edilməməsidir və bu, çox təəssüfedici bir haldır. Əgər hamiləlik dövrünə qədər bir xanım suçiçəyi xəstəliyi keçirməyibsə və hamiləlik dövründə bu virusa yoluxubsa, o zaman virusun onun qarnındakı uşağa-dölə keçmə ehtimalı var, yəni bu virus plasentar beryerdən keçə bilir və döldə ciddi problemlər yaradır, hətta 24% hallarda yeni doğulanın ölümünə səbəb olur. Bu, ölkəmizdə səhiyyə siyasətinin yanlış olduğunu bir daha göstərir!
Meymunçiçəyi virusuna yoluxma əsasən kontakt yolu ilə, yəni xəstə insanla və ya heyvanla bədən və ya onların əşyalarına təmas yolu ilə, orqanizmdən xaric olan bütün ifrazat yolu ilə, virusun mövcud olduğu əşyalara təmas yolu ilə və hətta cinsi əlaqə yolu ilə ola bilər.
Hava-damcı yolu ilə yoluxma nisbətən azdır, çünki koronavirusdakı kimi kiçik hava-damcı hissəcikləri ilə yoluxma olmur, böyük hava-damcı hissəcikləri ilə yoluxma olur ki, bunun üçün də xəstə insan və ya heyvanla yaxın təmas-öpüşmə, qucaqlaşma və onların əşyalarına və yatağına təmas yolu ilə olur. Əşyalara təmas yolu ilə yoluxmanın əsas səbəbi bu virusun cansız mühitdə uzun müddət yaşama qabiliyyətinin olmasıdır.
Kliniki əlamətlər təzahür edən şəxslər - yəni qızdırma, baş ağrısı, əzələ ağrıları, dəri səpgiləri və s. oxşar şikayətləri olan şəxslər özlərini təcrid etməlidir.
Yoluxan şəxslər tecovirimat (tekovirimat) preparatından istifadə edə bilər, bu preparatın meymunçiçəyi virusuna qarşı effektli təsiri sübut edilib.
COVID-19 pandemiyası göstərdi ki, bu dövrdə Ümumdünya Səhiyyə Təşkilatı çox gəlir götürdü və aktuallığını artırdı, ona görə də ÜST-nin yeni canfəşanlığı başa düşüləndir, insanlarda lazım olandan daha çox panika yaratmaları anlaşılandır. Qorxub, stress keçirməyə əsas yoxdur”, - Aydın Əliyev qeyd edib.

Anestezioloq-reanimatoloq Şahin Məmmədov isə hesab edir ki, meymunçiçəyi pandemiya ola bilməz:
“Pandemiya ona deyilir ki, bir neçə qitədə bu infeksiya geniş yayılsın və öldürücülük qabiliyyəti yüksək olsun. Hələ ki, onun yüksək öldürücülük qabiliyyəti müşahidə edilməyib. Spesifik müalicəsinin olmaması o xəstəliyin sağalmayacağı anlamına gəlmir. Azərbaycanda da nə zamansa bu infeksiyanın görünəcəyi istisna olunmur. Amma narahatlığa əsas yoxdur. Bu virusu koronavirus kimi gündəmə çevirmək düzgün deyil”. /publika.az

Son xəbərlər

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31