Sahibə Qafarova: Azərbaycan və Türkiyənin əldə etdiyi uğurlar hər iki ölkənin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir
Mayın 16-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova qonağı səmimi salamlayaraq, Azərbaycanla Türkiyə əlaqələrinin çox yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Parlamentin sədri bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılış mərasimində iştirakını xatırlayaraq, iki qardaş ölkənin liderlərinin növbəti dəfə bir araya gəlməsini yüksək dəyərləndirib. O qeyd edib ki, iki ölkə arasındakı münasibətlər günbəgün inkişaf etməkdədir. Hər iki ölkənin əldə etdiyi uğurlar ölkələrimizin beynəlxalq miqyasda nüfuzunun daha da artmasına xidmət edir.

Spiker Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Türkiyə nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib və konfransda müzakirə olunacaq məsələlərin əhəmiyyətindən danışıb.

Milli Məclisin sədri konfransa hazırlıq işləri barədə danışaraq, tədbirdə iştirak edəcək nümayəndə heyətləri ilə keçirdiyi görüşlərdən bəhs edib. O qeyd edib ki, konfransda təşkilata sədrlik Pakistandan Azərbaycana keçəcək. Azərbaycan təşkilatın sədri kimi qurumun nüfuzunun daha da artması, təşkilata üzv ölkələr arasında əlaqələrin daha da dərinləşməsi üçün üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün səylərini əsirgəməyəcək.

Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən böyük bərpa və quruculuq işləri haqqında məlumat verərək, çox qısa müddətdə həmin ərazilərdə nəhəng infrastruktur layihələrinin reallaşdırıldığını, yeni yollar salındığını, yüksək standartlara cavab verən Füzuli Hava Limanının istifadəyə verildiyini qeyd edib. Həyata keçirilən quruculuq işlərində qardaş Türkiyə şirkətləri yaxından iştirak edirlər. Spiker Türkiyənin Azərbaycana hər zaman göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.

Səmimi görüş üçün təşəkkür edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ölkəmizə növbəti dəfə səfərindən məmnunluğunu ifadə edib. O qeyd edib ki, səfərin məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək və burada müzakirə olunacaq məsələlərə fəal şəkildə qatılmaqdır.

Bununla yanaşı, konfransda müzakirə olunacaq məsələlərin quruma üzv dövlətlər üçün əhəmiyyətindən bəhs edən Mustafa Şentop burada keçiriləcək görüşlərin də əlaqələrin dərinləşməsi baxımından əhəmiyyətli olacağını bildirib. O qeyd edib ki, parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsi, deputatların mütəmadi görüşləri qurum qarşısında duran vəzifələrin həlli, o cümlədən qanunverici orqanlar arasında ikitərəfli əlaqələrin inkişafı baxımından önəmlidir.

Mustafa Şentop Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfərini xatırladaraq, Türkiyə-Azərbaycan münasibətlərinin dünyada bənzəri olmayan münasibətlər olduğunu və bu münasibətlərin həqiqətən “bir millət, iki dövlət” xarakteri daşıdığını deyib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sahibə Qafarova: Azərbaycan və Türkiyənin əldə etdiyi uğurlar hər iki ölkənin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir

Son xəbərlər

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31