Bakıda 15 saylı mediasiya təşkilatı fəaliyyətə başlayıb
Azərbaycan Respublikasında aparılan məhkəmə-hüquq islahatlarının bir parçası olan mediasiya institutunun tətbiqi qanun qəbul olunduğu dövrdən bu yana təkmilləşməkdədir. İndiyədək Bakıda fəaliyyətə başlamış 10-dan çox mediasiya təşkilatı məhkəmədən əvvəl mediasiya işlərini təşkil etməkdədir. 2021-ci il iyulun 1-dən ailə, əmək, kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak icbari xarakter daşıyır.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mediasiya Şurası İxtisas Komissiyasının sədri Qasım Şaliyevin rəhbərlik etdiyi 15 saylı mediasiya təşkilatı İçərişəhərdə yerləşən ofisdə fəaliyyətə başlayıb. “Həll olunmamış mübahisə qalmayacaq!” şüarı ilə açılışı olan təşkilat bütün mülki mübahisələr üzrə vətəndaşlara və iş adamlarına alternativ həll yolu kimi peşəkar mediasiya xidmətlərini təklif edir.

Qeyd edək ki, ofis beynəlxalq mediasiya təcrübəsinə uyğun formalaşdırılıb, mübahisə tərəflərinin aralarındakı münaqişənin səviyyəsinin azaldılması və barışıq imkanlarının əldə olunması üçün müvafiq maarifləndirici elanlar və broşurlar ilə təmin edilib. Mediasiya sessiyalarının keçirildiyi iclas otaqları mediasiyanın bərabərliyi və məxfiliyi prinsipinə uyğun xüsusi dizaynla hazırlanıb.

Tədbirdə Mediasiya Şurasının İdarə Heyəti, intizam və ixtisas komissiyasının üzvləri, eyni zamanda, vətəndaş cəmiyyətinin və nüfuzlu şirkətlərin nümayəndələri, müxtəlif media təmsilçiləri iştirak ediblər.
Bakıda 15 saylı mediasiya təşkilatı fəaliyyətə başlayıb
Bakıda 15 saylı mediasiya təşkilatı fəaliyyətə başlayıb
Bakıda 15 saylı mediasiya təşkilatı fəaliyyətə başlayıb

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Türkiyədə zəlzələ olub

ELM və TƏHSİLƏ HƏSR OLUNMUŞ MƏNALI və ŞƏRƏFLİ ÖMÜR YOLU

VƏTƏN HİSSİ VƏ ŞƏHİD MƏQAMI: "VƏTƏNƏ YAZILAN ÖMÜR" KİTABI SUMQAYITDA TƏQDİM OLUNDU

Nura - Nur : Yavaş - yavaş bitən FOTO

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

Yerdə maqnit qasırğası başladı: 3 gün davam edəcək

Məşhur aktrisa vəfat etdi

"Yeraltı"da daha bir dəyişiklik - FOTO

"Hansısa brendə 5 min avro vermərəm" - Seda Sayan

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Rezidenturaya qəbul üzrə keçirilmiş müsabiqənin nəticələri elan olunub

Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 107 il ötür

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31