Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan vermək üçün 276 nəfər qeydiyyatdan keçib
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə mayın 8-də keçiriləcək test imtahanına qeydiyyat aparılır.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, aprelin 30-da saat 18:20-yə olan məlumata görə, 276 nəfər (AB-9, AC-13, BA-80, BB-174) qeydiyyatdan keçib.

İmtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. Bu halda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqəsini qeydiyyat bitdikdən sonra müvafiq səhifədən yükləmək olar.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı test imtahanı proqramları, habelə imtahanda yoxlanılacaq bilik sahələri, hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları haqqında məlumatlar Mərkəzin internet portalında yerləşdirilib.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-1.1 və 28.2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq test imtahanları ödənişli əsaslarla həyata keçirilir. İmtahan vermək üçün ödənişin məbləği Tarif (Qiymət) Şurası tərəfindən müəyyən edilib: AB - 118 AZN, AC - 106 AZN, BA - 94 AZN, BB - 82 AZN.

Əlavə məlumat üçün DİM-in Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti (g.seyidova@dim.gov.az, g.ehmedli@dim.gov.az), elektron imtahanlar və müsahibələrin təşkili departamenti (dqqeydiyyat@dim.gov.az) ilə əlaqə saxlamaq olar.

Xatırladaq ki, test imtahanına qeydiyyat aprelin 5-dən başlanıb və mayın 2-si saat 14:00-da yekunlaşacaq.

Son xəbərlər

ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı

Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

AFFA 4 klubu cərimələdi

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb

Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib

FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib

Sulutəpə və Xocasən qəsəbələrində qaz olmayacaq

Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı

Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH

Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib

ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib

İlham Əliyev: "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir

Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

"MÖCÜZƏLİ NAFTALAN"

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930