ZİRVƏDƏN ENƏN DEYİL - Solmaz ŞİRVANLI
ZİRVƏDƏN ENƏN DEYİL
Gözüm qalıb yollarda,
Bax gəlməyir yar hələ.
Carpazlanıb qollar da,
Dönüb canlı heykələ.

Yar sənin həsrətinlə,
Ötdü günüm,rüzgarım,
Kül oldum xiffətinlə,
Artdı qəmim-qübarım.

Söylə görüm gəlişin,
Bəs niyə uzaq oldu,
Yollar qasırğa-tufan,
Ya da ki, buzaq oldu?

Gözləyirəm hələ yar,
Gözüm -könlüm intizar,
Həsrətindən kül oldum,
Qalmışam,xəstə-bimar.

Yazıram həsrətinlə,
Ey könlüm pərvanəsi,
Gözlərimdə iz salıb,
Ayrılığ nişanəsi.

Yarı xəstə eyləyən,
Bil sənin həsrətindir,
Məni pərişan edən,
Çəkdiyim xiffətindir.

De nə qədər gözləyim,
Ömür başa yetir gəl,
Aman vermir heç kəsə,
Gələndə zalım əcəl.

Gəldi ömrün payızı,
Əsir acı ruzigar,
Yetişib ömrün qışı,
Bəlkə çatıb son bahar.

Edir öz bildiyini,
Aman verməyir fələk,
Alır canı yarıda,
Bəxtə əsdirir külək.

Ömür ötür,can gedir,
Xəyal burulğanında,
Könül yarın istəyir,
Hər dəm görə yanında.

Qayıtmaq istəsən də,
Geriyə dönmək olmur,
Ürək qəmdən alışsa,
Söz deyib,dinmək olmur.

Susub dinmir ruhum da,
Simi qırıq saz kimi,
İsinmir dəli könlüm,
Bahar kimi,yaz kimi.

Xəyal apardı məni,
Ömrün bahar çağına,
Döndüm budaqda əsən,
Son xəzan yarpağına.

Təkcə sənin esqindir,
Yaşadan hələ məni,
Eşqin eyləyib gülüm,
Özünə kölə məni.

Sevgin ilə yazıram,
Hələ şirin nəğmələr,
Vusalına yetincə,
Hələ yazacam nələr!

Ötdü sənsiz ömürdən,
Neçə payız,necə qış,
Fəraqından don geydim,
Yaxasında min naxış.

Gəl ömrün payızında,
Tutaq gülüm əl-ələ,
Sevək gənclər kimi biz,
Sevgimiz çıxsın zilə.

Gəzək laləli düzdə,
Toplayaq çiçəkləri,
Səp başıma şabaş tək,
Al-əlvan ləçəkləri.

Sənin xəyalın ilə,
Dolanıram zirvədə,
Sanki dünya mənimdir,
Gözüm yoxdur heç nədə.

Sən mənim ruhumdasan,
Canımdasan hər zaman,
Səninlə dünya mənim,
Sənsiz ömrüm cən-duman.

Solmaz sözünə sadiq,
Eşqindən dönən deyil,
Xəyalı göylərdədir,
Zirvədən enən deyil!


Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}
06-04-2022

ZİRVƏDƏN ENƏN DEYİL - Solmaz ŞİRVANLI

Son xəbərlər

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31