SƏN QORU ALLAH - Şəhla XƏLİLQIZI
SƏN QORU ALLAH.

Hansı dərddən deyək dərmanı olsun,
Deyilən hər sözün fərmanı olsun,
İnsanın insana inamı olsun,
Bundan betərindən sən qoru Allah.

Həkim də, loğman da can alır pulla,
İnsanı döndərib nökərə, qula,
Müqəssir hakimlə gedir qol-qola,
Bundan betərindən sən qoru Allah.

Çörək də qalxıbdır ceyran belinə,
Maaşın adı var dəymir əlinə,
Dinsə dəyəcəkdir sözdən xətrinə,
Bundan betərindən sən qoru Allah.

Bir loxma çörəyə olurlar möhtac,
Kəsilir ümüdü qalmayır əlac,
Kimisi tox gəzir, kimisi də ac,
Bundan betərindən sən qoru Allah.

Artıq bayramlar da tarixə dönür,
Şamlar niyyətsizdir alışmır sönür,
Fələyin çarxı da deyim tərs dönür,
Bundan betərindən sən qoru Allah.

Doğruya "demoqoq" damğası vurur,
Giley, güzar etsə qulağın burur,
İnsanı yalançı inanclar yorur,
Bundan betərindən sən qoru Allah.

Nüvələr can alır, oyunlar üstə,
Yer yoxdur dünyada haqqa, dürüstə,
Yollar da yol alır hərə bir səmtə,
Bundan betərindən sən qoru Allah.

Şəhlayam, göynədir məni ağrılar,
Deyirmə buludlar bir gün dağlar,
Dünyaya yeni bir günəş doğular,
Biz də azad nəfəs alarıq vallah,
Bundan betərindən sən qoru Allah.


Şəhla Xəlilqızı.

Son xəbərlər

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Türkiyədə zəlzələ olub

ELM və TƏHSİLƏ HƏSR OLUNMUŞ MƏNALI və ŞƏRƏFLİ ÖMÜR YOLU

VƏTƏN HİSSİ VƏ ŞƏHİD MƏQAMI: "VƏTƏNƏ YAZILAN ÖMÜR" KİTABI SUMQAYITDA TƏQDİM OLUNDU

Nura - Nur : Yavaş - yavaş bitən FOTO

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

Yerdə maqnit qasırğası başladı: 3 gün davam edəcək

Məşhur aktrisa vəfat etdi

"Yeraltı"da daha bir dəyişiklik - FOTO

"Hansısa brendə 5 min avro vermərəm" - Seda Sayan

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Rezidenturaya qəbul üzrə keçirilmiş müsabiqənin nəticələri elan olunub

Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 107 il ötür

Uşaqların ekran qarşısında qalması bəzi bacarıqlara kömək edə bilər

XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31