Aqrar Sığorta Fondunun fermerlərə müraciəti: “Sığorta hadisələri barədə məlumat verin”
Azərbaycanda son günlər hava şəraitinin kəskin dəyişməsi müşahidə edilir. Ölkənin bütün bölgələrində temperaturun aşağı düşməsi qar və sulu qar yağması, güclü külək və sel-subasma ilə müşayiət olunur.

Bəzi bölgələrdə qarın qalınlığı 40-74 santimetrə çatıb, küləyin sürəti saniyədə 20-28 metr arasında dəyişir. Artıq belə hava şəraiti - qar, külək və subasma bir sıra bölgələrdə fərdi evlərə və təsərrüfatlara ziyan vurub.

Bu halların, eləcə də temperaturun kəskin aşağı düşməsinın əkinlərə də mənfi təsir göstərəcəyi istisna edilmir. Xüsusilə temperaturun kəskin aşağı düşməsi nəticəsində artıq çiçəkləməkdə olan meyvə bağlarını donvurma riski yüksəkdir.

Aqrar Sığorta Fondundan (ASF) AZƏRTAC-a bildirilib ki, ölkədə dövlət dəstəyi ilə tətbiq edilən güzəştli aqrar sığorta mexanizmi heyvandarlıq təsərrüfatlarını və əkin sahələrini yuxarıda sadalanan bütün hallardan qoruyur.

Dolu, donvurma (şaxtavurma), normadan artıq qar yağıntıları, sel-subasma, leysan yağışları və sair risklər aqrar sığorta tərəfindən qarşılanır.

ASF təsərrüfatlarını sığorta edən fermerləri baş verən sığorta hadisələri barədə Fonda vaxtında məlumat verməyə çağırır.

Fond bildirir ki, hava şəraitinin pisləşməsi və sığorta hadisələri nəticəsində sığortalı təsərrüfatlara dəyən zərər qarşılanacaq. Bunun üçün təsərrüfatlara və əkin sahələrinə baxış keçirmək, hadisə baş verdiyi təqdirdə, fondu məlumatlandırmaq tələb olunur.

Aqrar Sığorta Fondu indiyədək təsərrüfatlarını sığorta etməyən fermerləri belə halları nəzərə almağa və aqrar sığorta vasitəsilə təsərrüfatlarını sığortalamağa çağırır.

Proqnozlara görə, oxşar hava şəraiti qarşıdakı təqribən 1 həftə ərzində davam edəcək.

Son xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930