Sərbəst güləşçilərimiz Avropa çempionatına 2 qızıl və 2 bürünc medalla başlayıblar
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, qitə birinciliyində sərbəst güləş yarışında 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində həlledici görüşlər keçirilib.

Tofiq Əliyev (57 kq) dörddəbir finalda böyüklər arasında dünya və Avropa üçüncüsü Horst Lerə (Almaniya) məğlub olub – 2:4. Rəqibin finala yüksəlməsi T.Əliyevə üçüncü yeri tutmaq şansı verib. Güləşçimiz bürünc medal uğrunda bolqarıstanlı İvaylo Tisovla qarşılaşıb və rəqibinə tam üstünlüklə (18:8) qalib gələrək Avropa üçüncüsü olub.

Zirəddin Bayramov (65 kq) ilk mərhələdə bolqarıstanlı Stilyan İliyevə heç bir şans tanımayıb – 12:1. Şəmkir güləş məktəbinin yetirməsi dörddəbir finalda türk Hamza Alacadan güclü olub – 11:8. Həmyerlimiz yarımfinalda fransalı Marvan Ahmed Yezzaya 6:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Z.Bayramov həlledici görüşdə erməni Qraçya Marqaryanla qarşılaşıb. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən istedadlı idmançımız sonadək üstünlüyünü qoruyub. Rəqibinə 4:1 hesabı ilə qalib gələn Z.Bayramov Avropa çempionu olub.

Mübarizəyə dörddəbir finaldan qoşulan Əşrəf Aşırov (79 kq) gürcü Evsem Şvelidzeylə gərgin keçən görüşdən məğlub ayrılıb – 8:9. Rəqib finaladək irəliləyib. Bu da Ə.Aşırov üçün növbəti cığır açıb. Güləşçimiz təsəlliverici görüşdə almaniyalı Konstantin Şableyə vaxtından əvvəl qalib gəlib - 10:0. Ə.Aşırov bürünc medal uğrunda Bolqarıstan təmsilçisi Oktay Hasanı tam üstünlüklə (14:3) məğlub edərək Avropa üçüncüsü olub.

İslam İlyasov (97 kq) da yarışa dörddəbir finaldan başlayıb. Gürcü Riveri Mitsiturini 5:0 hesabı ilə xalçadan məyus yola salan güləşçimiz adını yarımfinala yazdırıb. İ.İlyasov final yolunda macar Riçard Veqlə münasibətləri aydınlaşdırıb və rəqibini 6:1 hesabı ilə məğlub edib. Güləşçimiz qızıl medal uğrunda almaniyalı Yohan Mayerlə mübarizə aparıb. Final dramatik alınıb. Həmyerlimiz görüşün sonlarına yaxın hesabda geri düşsə də, əzmkarlıq nümayiş etdirərək son saniyədə ona qələbə qazandıran fəndi uğurla icra edib və Avropa çempionu olub.

Beləliklə, sərbəst güləşçilərimiz Avropa çempionatına 2 qızıl və 2 bürünc medalla başlayıblar.
Sərbəst güləşçilərimiz Avropa çempionatına 2 qızıl və 2 bürünc medalla başlayıblar

Son xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31