Azərbaycan komandası Karate1 Premyer Liqa yarışında iştirak edəcək
Karate üzrə Azərbaycan komandası fevralın 18-20-də Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçiriləcək Karate1 Premyer Liqa seriyasından yarışda iştirak edəcək.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, millinin heyətində 9 idmançı yer alıb. Belə ki, kişilərin yarışında Əminağa Quliyev, Sultan Hüseynov (60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (67 kq), Turqut Həsənov, Pənah Abdullayev (84 kq), Asiman Qurbanlı (+84 kq), qadınların turnirində isə İrina Zaretska (68 kq) mübarizə aparacaqlar. Kata üzrə isə ölkəmizi Roman Heydərov təmsil edəcək.

Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov, Anar Allahverdiyev və Rənad Əliyev Premyer Liqanı idarə edəcək hakimlər sırasında yer alıblar. R.Əliyev, həmçinin dərəcəsini yüksəltmək üçün Dünya Karate Federasiyasının (WKF) Hakimlər komitəsinə imtahanlara qatılıb.

Qeyd edək ki, Karate1 Premyer Liqa turnirləri bu mövsümdən başlayaraq bir sıra dəyişikliklərlə keçirilir. Yarışa, əsasən dünya reytinqində ilk 32 yeri tutan idmançılar qatılır. Qeydiyyat sifarişi limitləri dolmazsa, reytinqin növbəti pillələrində olan daha 32 karateçi yarışda iştirak edə bilər.

Yarış formatında da dəyişikliklər edilib. Kumite yarışlarında hər çəki dərəcəsində 8 qrupa bölünən 4 idmançı dairəvi sistemlə yarışacaq. Qruplardan iki nəfər növbəti mərhələyə çıxacaq. Sonra isə fərqlənən idmançılar mübarizəni davam etdirəcəklər. Yarımfinalda məğlub olanlar bürünc medala sahib olacaqlar. Komanda kata yarışları Premyer Liqa turnirlərinin proqramından çıxarılıb.

Turnirdə 55 ölkədən 342 idmançı iştirak edəcək.

Son xəbərlər

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir

Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31