MƏNİ BAĞIŞLA , ALLAHIM ! HEKAYƏ - Səbahət LƏNKƏRANLI
Acı bir taleyi oldu , Eldarın. Beş yaşı olanda valideynləri ayrılıq qərarı verib isti yuvalarını dağıtdılar. Yolları ayrıldı. Eldar anası ilə qaldı. Bir müddətdən sonra ərinin yenidən ailə qurmaq xəbərini eşidən Səmayə " Mən də ailə quracağam " əlini yemək stoluna çırpdı. Boşqablar yerindən tərpəndi. Qəzəbi o qədər güclü oldu ki, bətnindən ayrılan, məsum , körpə övladını uşaq evinə qoydu. O gündən Eldar uşaq evinin sakini oldu. Çöhrəsini qəm-qüssə aldı.Təbbəssümü dodağında dondu. Baxışlarından kədər yağdı. Aylar ötdükcə bu əlamətlər get - gedə artırdı.Heç bir qayğı, heç bir nəvaziş Eldarı ovutmurdu. Çiyinləri yığılır, görünüşü cılızlaşırdı. Eldarı görəndə uşaq evinin direktoru Solmaz xanımın ürəyi sızıldayırdı.
Heç bir nəvaziş onu ovundurmurdu.Kiçik qəlbinə böyük dərdləri sığışmayan Eldardan rayonda hər kəs xəbərdar idi. Bir gün rayon rəhbəri Kamil Həsənov xüsusi hədiyyələrlə uşaq evinin sakinlərini , xüsusiylə Eldarın görüşünə gəldi. Uşaqlar Kamil müəllimin mehribançılığı, nəvazişi, qayğısı ilə əyləndilər , ovqatları kök oldu. Sanki doğma ataları ilə gözəl bir vaxt keçirtdilər. Təkcə Eldarın üzü gülmədi, qaşqabağı açılmadı. Kamil müəllim , uşalarla, işçilərlə bir - bir görüşdü. Növbə Solmaz müəlliməyə çatanda o, işarəylə Eldarı direktora möhkəm tapşırdı. İllər bu minvalla keçdi. Artıq iki il idi ki, Eldar uşaq evində idi. Deməli , yeddi yaş... Bir yaz səhəri - may ayının iyirmisi - uşaq evinin qarşısında bir maşın dayandı. Bir qadın və bir kişi həyətə daxil oldular. Qarşılaşdıqları tibb bacısına Solmaz xanımı görmək istədiklərini dedilər. Qadının gözləri qıpqırmızı idi. Günlərlə ağladığı açıq- aydın hiss olunurdu. Solmaz xanımın otağına keçdilər , qadın hisslərini cilovlaya bilmədi, hönküdü. Səbəbini izah etdi ki, o heç vaxt ana ola bilməyəcək. Övladlığa uşaq götürmək istəyir. Solmaz xanım qadının halına çox məyus oldu. Amma gözlərinin önündə Eldarı hiss etdi , çöhrəsində sevinc gördü , buna sevindi. Dəstəyi qaldırdı, Kamil müəllimə zəng etdi, ətraflı məlumat verdi. Məsələ həll olundu. Gülzar ana oldu , övlada sahibi oldu. Eldar isə ata -anaya , ata -ana olan isti bir ailəyə. . Gülzar ana , Vidadi ata Eldarı çox sevdilər. Doğma övladları kimi böyüdürdülər. Artıq bu sevgi qarşılıqlı olmuşdu. Eldar ata , ana çağıranda ər - arvadın sevinclərindən gözləri gülürdü. Onlar bütün diqqətlərini Eldara yönəltmişdilər. Onun tərbiyəsi , dərsləri ilə məşğul idilər. Eldar da məmnun idi. Fələyin amansız hökmü bu xoşbəxtliyin uzun sürməsinə son qoydu. Eldar 7 -ci sinifdə oxuyanda Vidadi ata yol qəzasında dünyasını dəyişdi. Onlar ana - bala yaşadılar. Get - gedə dolanışıqları çətinləşirdi. Gülzar ana fabrikə işə girdi. Oğlunun dərslərinə nəzarət etməyə vaxtı olmadı. Eldar dərslərindən zəiflədi. Məktəbi " kafi " qiymətlərlə başa vurdu. Ali təhsil ala bilmədi. Hərbi xidmətə çağrıldı. Eldar Ordu sıralarından qayıdanadək Gülzar ana öz qohumu Nərmini gözaltı etdi. Eldar əsgəri xidmətdən qayıtdı. Anasının işlədiyi fabrikin yaxınlığında olan məktəbdə gözətçi işlədi. Anası şalını başına salıb Nərmin gilə elçi getdi... Min bir arzuyla oğluna toy etdi, evinə gəlin gətirdi. Hardan biləydi ki, oğluna Əzrayıl gətirdi. Günlər aylara, aylar illərə çevrildi. Eldar üç qız atası oldu. Həm Eldar xoşbəxt idi, həm Gülzar ana. Özünü xoşbəxt hiss etməyən Nərmin idi. Yoxsulluqdan deyil , pis xarakterindən... Hər gün söz-söhbət, dava-dalaş salırdı. Ərinin , qaynanasının gününü qara əskiyə bələmişdi. Zaman beləcə ah-vayla ötürdü. Eldarın böyük qızı məktəbi müvəffəqiyyətlə başa vurdu. Rayonda olan Humanitar Kollecə daxil oldu. 19 yaşı tamam olan günü Gülzar ana vəfat etdi. Nərmin Eldarın hər gününü qara rəngə boyadı. İndi Eldarı qoruyacaq , müdafiə edəcək anası - Gülzar ana yoxdur daha. Qohum - qonşular Nərmin həyasızlığının tamaşaçısı idilər. Bir Nərmin övladları ilə bərabər dörd Nərmin olmuşdu sanki. Bir həftə idi ki , Eldar evə gəlmirdi. Bir gün rayona intiharla bağlı bir xəbər yayıldı.Bu - taleyi qara yazılmış Eldar idi. Gözətçi işlədiyi məktəbin dəhlizində özünü asıb intihar etmişdi. Cibindən tapılmış kağız parçasında bu sözlər yazılmışdı : " Çarəsizəm. Həyat yoldaşım və üç qızımdan narazıyam. Yaşadığım həyatı zəhər dadıram. İntihara məcburam. Məni bağışla , Allahım ! "


Səbahət Lənkəranlı.
10.02.2022

Son xəbərlər

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31