İctimai nəqliyyatda böyük YENİLİKLƏR: Qiymət artacaqmı? - RƏSMİ
Yeni tədris mövsümündə Bakı metropolitenində kondisionerlə təchiz edilmiş qatarların sayı 11, vaqonların sayı isə 55 olacaq.
Anews.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) sifarişi ilə də "BMC Otomativ Sanaye ve Ticaret A.S.” şirkəti tərəfindən istehsal edilən 300 avtobus yaxın aylarda Bakı yollarında istismara veriləcək.

Bu onu deməyə əsas verir ki, həm "Bakı Metropoliteni” QSC vaqon parkını, həm də Bakı Nəqliyyat Agentliyi avtomobil parkını yeniləyir. Mövcud durum ölkədə nəqliyyat sektorunda yeni qiymət artımını gündəmə gətirib. Mövzunu dəqiqləşdirmək üçün həm rəsmi qurumlar, həm də ekspertə müraciət etdik.

Rəsmi qurumlar ictimai nəqliyyatın yeilənməsi fonunda Tarif Şurasına hər hansı müraciətin edilmədiyini vurğuladılar. Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov isə BAKU.WS-ə bildirdi ki, ictimai nəqliyyatın yenilənməsi birbaşa göstərilən xidmətin keyfiyyətinin artırılmasına xidmət edir: "Əvvəla onu deyim ki, qiymət artımı Tarif Şurasının səlahiyyətinə aid olan məsələdir. Aidiyyatı strukturlar istər "Bakı Metropoliteni” QSC, istərsə də Bakı Nəqliyyat Agentliyi (BNA) bununla bağlı Tarif Şurasına müraciət edə bilər. Yalnız bundan sonra Tarif Şurası qiymət artımını nəzərdən keçirir və bunun məqsədə müvafiq olması barədə qərar verir. Bu səbəbdən nəqliyyat sektorundakı qurumlarla Tarif Şurası arasındakı müraciət mövzusunda heç kim məlumatlı olmur.

Ümumilikdə ictimai nəqliyyatda həm metro, həm də avtobus parkında yenilənmə ilk növbədə bu sahədə göstərilən xidmətin keyfiyyətinin artırılmasına xidmət edir. Bu, bilavasitə xidmət keyfiyyətinin artırılması ilə əlaqədardır. Bu xidmətlərdən istifadə edən vətəndaşlar ictimai nəqliyyatdan məmnun qalsınlar. Vətəndaşlar istismara yararlı və komfortlu nəqliyyat vasitələrindən istifadə etsinlər”.


Ekspert daha sonra qeyd etdi ki, nəqliyyat sektorunda qiymət artımının qarşısını dövlətin ayırdığı datasiyalar alır: "Təbii ki, hər bir qurum sərmayə yatırması ilə əlaqədar qiymət artımı ilə bağlı təklif edə bilər. Amma ictimai nəqliyyat sektoru tam da olmasa, qismən dövlətdən datasiya hesabına idarə olunur. Bu gün dövlət bu sahədə öz iştirakını həmin datasiyaları ayırmaqla birbaşa təmin edir. Dövlət bu datasiyaları ona görə ayırır ki, qiymət üzərində müəyyən tənzimlənmə yaranasın. Bu gün datasiya olmazsa, təbii ki, daşıyıcı şirkətlər qiymət artımını gündəmə gətirə bilər. Metropoliten rəsmiləri də zaman-zaman bəyan edib ki, gediş haqqları onların göstərdiyi xidmət müqabilində adekvat deyil. Təbii ki, burda dövlətin dəstəyi var. Bu da qiymətlərin tənzimlənməsi üçündür.

İstənilən halda həm metro, həm də avtobus parkının yenilənməsi olduqca vacib məsələdir. Bunu 2018-ci ildə xüsusi müşavirədə ölkə başçısı İlham Əliyev də qeyd etmişdi ki, yararlı avtobuslar insanlara xidmət göstərməlidir. Eyni zamanda keyfiyyət xidməti həmin avtobusların texniki göstəricilərinin yüksək olması ilə şərtlənməlidir. Ölkə başçısı istismara yararlı avtobuslar dedikdə onu nəzərdə tutub ki, son zamanlar avtobusların iştirakı ilə baş tutan qəzalar onların bilavasitə texniki göstəriciləri və nasazlığı ilə bağlıdır. Bu gün ictimai nəqliyyatın yenilənməsi həmin göstərişdən irəli gələn haldır”.

Azər Allahverənov sonda vurğuladı ki, hazırda Bakı yollarında sərnişinlər üçün 2100-2200 avtobus xidmət göstərir. Bu rəqəm isə kifayət etmir. Ona görə də avtobus parkının yenilənməsi olduqca vacibdir. Bu, müasir və komfortlu avtobuslar olarsa, göstərilən xidmət keyfiyyətinin artırılmasının bariz nümunəsidir.

"Ancaq bunu qiymət artımına səbəb olacaq hal kimi qiymətləndirmək istəmirəm. Bu barədə hətta düşünmək belə istəmirəm”,-deyə o, əlavə etdi.

Son xəbərlər

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

BAĞIŞLA MƏNİ, ROMEO!

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31