Ukraynalı general: Rusiya bu tarixdə hücum edəcək
Donbasdakı Birləşmiş Qüvvələr Əməliyyatının komandanı, general-leytenant Oleksandr Pavlyuk hesab edir ki, Rusiyanın Ukraynaya hücumu fevralın 20-də başlaya bilər.

"Turaztv.az" virtualaz.org-a istinadən xəbər verir ki, o, bu barədə “Tayms” qəzetinə müsahibəsində bildirib.

“Rusiya fevralın 20-də, Qış Olimpiya Oyunları başa çatdıqdan sonra hücuma keçə bilər. Bu tarix bizi narahat edir”, - deyə ukraynalı general bildirib.

O xatırladıb ki, fevralın 20-si Rusiya-Belarus birgə təlimlərinin son günüdür və Rusiya bu təlimdən bəhanə kimi istifadə edərək, Belarusa çoxlu sayda hərbçi və silah-sursat ötürüb.

Pavlyuk eyni zamanda yeni Ukrayna torpaqlarını ələ keçirmək cəhdinin çox ağır olacağını vəd edib. Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı Rusiya qoşunlarının əsas hücum istiqamətini hesablasa, düşmən çox böyük itkilər verəcək və bundan sonra hücum dayandırıla bilər.

Pavlyuk qeyd edib ki, Ukrayna hazırda Rusiyanın təcavüzünü dəf etməyə fəal şəkildə hazırlaşır. Hərbçilərlə birlikdə ölkəni qoruyacaq ərazi müdafiə bölmələri yaradılıb. Söhbət bütün Ukrayna üzrə 100 mindən çox könüllüdən gedir. General hesab edir ki, Kreml ölkənin hərbi və sənaye potensialına maksimum ziyan vurmaq üçün zərbələrini ölkənin cənub-şərqində cəmləşdirəcək, həmçinin onu Qara dənizdən kəsməyə çalışacaq.

"Ruslar şərqdə təkcə Donetsk və Luqanskla kifayətlənməyəcək", - Pavlyuk əmindir.

Son xəbərlər

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31