Prezidentin yeni təyin etdiyi səhiyyə naziri GÖRÜN KİMDİR - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən Teymur Musayev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Azərforum vikipediyaya istinadən yeni nazirin dosyesini təqdim edir:

Teymur Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub.

1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğun nəzdində 1 saylı orta məktəbdə, sonradan 1981-1987-ci illərdə Bakı ş. 189 saylı orta məktəbdə təhsil alıb. Məktəbi medalla bitirib. 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinə qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə tamamlayıb. 25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə "tibb elmləri namizədi” elmi dərəcəsini alıb.

2003-2004-cü illərdə Fransanın "Universite Strasburg 1” Universitetində "laparoskopik cərrahiyyə” ixtisası üzrə diplom kursunun tələbəsi olub. 2013-2015-ci illərdə "Riga İnternational School of Business and Economics” və "Riga Stadins University” birgə magistratura təhsili alıb və 2015-ci ilin may ayında "Master fo Health Management (business executive)” magistr dərəcəsini alıb.

1994-1997-ci illərdə Bakı şəhəri 16 saylı poliklinikada sahə həkim-uroloq kimi fəaliyyət göstərib. 1997-2001-ci illərdə H.T.P.-hi tec Pharm İsrail klinikasının Bakı filialının tibbi direktoru olub və həkim-uroloq kimi işləyib. 2001-2003-cü illərdə "Azərbaycan Respublikasının İlk Reproduktiv Sağlamlıq” proqramının direktor müavini vəzifəsində çalışıb. 2003-2006-cı illərdə Baku City hospital özəl tibb mərkəzində həkim-uroloq, 2006-2015-ci illərdə N.Tusi adına Klinikada ardıcıllıqla həkim-uroloq, şöbə müdiri, baş həkimin müalicə işləri üzrə müavini, baş həkim, tibbi direktor vəzifələrində çalışıb. 2015-2016-cı illərdə "Baku Dobromed Hospital” özəl tibb mərkəzinin tibbi direktoru olub. 2016-2019-cu illərdə "Chenot Palace Gabala” kurortoloji mərkəzin tibbi direktoru vəzifəsində çalışıb. 2019-2020-ci ilin aprel ayına kimi "Spero Hospital” özəl tibb mərkəzində həkim-uroloq kimi fəaliyyət göstərib.

2020-ci ilin aprel ayından etibarən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb. 23 aprel 2021-ci ildə Prezident İlham Əliyev Teymur Yusif oğlu Musayevin Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Teymur Yusif oğlu Musayevə verilib.

Son xəbərlər

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31