Azərbaycanda məktəblər yenidən qapanmaya gedir? - AÇIQLAMA
"Hesab edirəm ki, qısa müddətdə yoluxanların sayı sürətlə artarsa, yenidən qapanmaya getmək mümkündür”.

Saqlamheyat.az XəzərXəbər-a istinadla xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov son günlər uşaqlar arasında yayılan COVID-19-un "delta” ştamının 10 yaş və üzəri uşaqlarda yayılmasına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, artıq Azərbaycanda yeni virusun tapılması, yeni zamanda uşaqlar arasında çoxsaylı qrip və buna bənzər virusların olması müəyyən qədər təhlükəli vəziyyət yaradıb:


"Biz Bakının bir neçə mərkəzində davamiyyətlə bağlı monitoriqlər apardıq və müəyyən şəxsləri də sorğulara cəlb etdik. Məlum oldu ki, şagirdlər arasında virusa yoluxma halları müşahidə edilir. Bu da bir başa tədrisə, davamiyyətə öz mənfi təsirini göstərir. Əlbəttə, mövcud virusun Azərbaycanda tapılması, dünya ölkələri ilə müqayisədə, deyə bilərik ki, məktəblər üçün təhlükə yarana bilər”.

Kamran Əsədov bildirib ki, bu gün dünyanın bir sıra ölkələri yenidən qısa müddətli qapanmalara gedir:

"Əgər yeni tapılan ştam Azərbaycanda qısa müddət ərzində yoluxma sayını artıracaqsa və uşaqlar arasında mövcud, bəzən rəsmilərin dediyi mövsümü xəstəlik formatında olacaqsa, bir müddət məktəblər yenidən qapanmaya gedə bilər. Çünki dünyanın bir sıra ölkələri artıq yeni virus ştamından sonra bu addımı atıblar. Düşünürəm ki, Azərbaycan da buna gedə bilər. Təhlükəli olsa belə, buna məcburuq. Çünki yeni ştam sürətlə yoluxur. Bu təcrübədən dünyanın bir sıra ölkələri yararlanıblar”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev son günlər uşaqlar arasında yayılan virusla bağlı açıqlama verib. O, bildirib ki, COVID-19-un "alfa” ştamı daha kiçik yaşlı uşaqlarda rast gəldiyimiz halda, "delta” ştamı 10 yaş və üzəri uşaqlarda daha çox müşahidə edilib.

Son xəbərlər

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB

Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb

Yeni “Çimen” o olacaq - Fotolar

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

ARZUMU GÜNƏŞİN TELİNƏ SARDIM…

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO

Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı

Bəllə məni

SEVİNC YUNUSLU : Yenə dua elədim, zərrə peşman olmadım.. - FOTO

"Mehmed Fetihler Sultanı"nda rol alacaq

Azərbaycanda dollara tələb kəskin azaldı

Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI

Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir

Tanınmış aktrisa 36 yaşında vəfat etdi

Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürdü

DİM sədrindən pul verib ixtisas seçdirənlərə çağırış

Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi

Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31