"Əyləncə mərkəzləri, restoranlar - hamısı bağlanmalıdır" - AÇIQLAMASon günlər uşaqlar arasında xəstəlik artıb. Əvvəl böyüklər yoluxurdusa, artıq uşaqlar da yoluxur. Məktəb və universitetlərdə vəziyyət heç yaxşı deyil. Müvəqqəti olsa belə, distant təhsilə keçmək gözlənilirmi?

Məsələ ilə bağlı Sonxeber.az saytına təhsil eksperti Kamran Əsədov açıqlama verib.

O bildirib ki, hazırkı vəziyyətdə təhsil müəssisələrinin distant təhsilə keçməsi effektiv deyil. Əvəzində isə bütün fəaliyyət sahələrini dayandırıb, yalnız təhsil ocaqlarını açıq saxlasaq, daha yaxşı olar.

"İlk növbədə onu qeyd edim ki, hazırda orta ümumtəhsil müəssisələrində şagird, müəllim və tələbələr arasında ciddi şəkildə yoluxma halları müşahidə edilir. Hesab edirəm ki, əlbəttə, bu, təhlükəli tendensiyanın başlanğıcını da göstərmiş ola bilər.

Düzdür, biz əvvəlki illərin xəstəliklərinin statistikasına baxanda görürük ki, mövsümi olaraq həmin vaxtda da təhlükəli vəziyyət olub. Amma indi vəziyyət bir az fərqlidir. Çünki artıq dünyanın bir sıra ölkələrində koronavirusun yeni növləri ortaya çıxır.

Eyni zamanda, valideynlər bu mövcud vəziyyətdən çox narahatdırlar. Hesab edirəm ki, biz şagirdlər arasında normal qripin yayıldığını, hətta bunun kəskin formasını da görürük.

Əlbəttə, şagirdlərin sağlamlığı hər şeydən önəmlidir, amma ikinci bir məsələ tədris təşkili ilə bağlıdır ki, məsafədən tədrisi təşkil etməkdə çətinlik çəkirik. Distant təhsil o qədər də keyfiyyətli deyil. Məhz bu amilə görə biz distant təhsilə keçməməliyik.

Yeganə çıxış yolu odur ki, hansı məktəblərdə yoluxma müşahidə ediləcəksə, ancaq onlar bu sistemə keçsinlər. Çünki biz problemi təkcə təhsil müəssisələrinin üzərinə ata bilmərik. Digər fəaliyyət sahələrində də biz bunu müşahidə edirik.

Əyləncə mərkəzləri, restoranlar - hamısı bağlanmalıdır. İndiyə kimi bütün hər yer açıq idi, təhsil müəssisələri bağlı olurdu, İndi əksinə etmək lazımdır. Hər yeri bağlayaq, bir tək məktəblər açıq qalsın. O zaman görək vəziyyət necədir?"

Son xəbərlər

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB

Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb

Yeni “Çimen” o olacaq - Fotolar

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

ARZUMU GÜNƏŞİN TELİNƏ SARDIM…

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO

Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı

Bəllə məni

SEVİNC YUNUSLU : Yenə dua elədim, zərrə peşman olmadım.. - FOTO

"Mehmed Fetihler Sultanı"nda rol alacaq

Azərbaycanda dollara tələb kəskin azaldı

Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI

Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir

Tanınmış aktrisa 36 yaşında vəfat etdi

Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürdü

DİM sədrindən pul verib ixtisas seçdirənlərə çağırış

Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31