“Vəzifəli bir şəxs zəng vurdu ki, görəsən mənim arvadımın da sevgilisi var?” - Psixoloq

"Xeyli vəzifəli şəxslər var ki, özləri kimi arvadları da sevgili saxlayır. Vəzifəli qalsın qırağa, orta təbəqəli insanlardan da bu cür "ailəli" olanlar var”.

Bu fikirlər psixoloq Samirə Bağırovaya məxsusdur və onun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kimisi bu sözlərinə görə psixoloqu qınadı, kimisi isə onun fikirlərini təsdiqlədi...

Psixoloq Aytən Ələkbərova isə Sfera.az-a açıqlamasında bu kimi fikirlərin yayımlanmasının insanlarda narahatlıq doğurduğunu bildirib. Ekspert bu açıqlamadan sonra vəzifəli şəxslərdən birinin ona zəng etdiyini və narahatlığını ifadə etdiyini deyib:

"Bu açıqlamadan sonra mənə zəng gəldi ki, sizcə mənim arvadımın da kənarda sevgilisi ola bilər? Həmin adam bildirdi ki, həyat yoldaşını evdə tək qoyub gedə bilmir, ondan şübhələnir. Ona görə bu kimi açıqlamalar vermək düzgün deyil. "Tik-tok” psixoloqları ilə həqiqi psixoloqlar açıqlamalarına görə fərqlənir. Bürclərdən və cinsəl mövzulardan danışıb gündəmə gəlmək, insanlara bu üsulla necə gəldi, informasiya ötürmək doğru deyil. Cəmiyyətdə insanları narahat edən bu qədər problem varkən, belə mövzulara toxunmaq düzgündürmü? Lakin ola bilər ki, psixoloq kimi o da ancaq bu mövzuda çıxış etməyi bacarır. Bir mövzu barədə mütəmadi danışmaq pozuntudur”.

Müsahibimiz xüsusilə gənclərin təcrübəli psixoloqlara üz tutmalı olduğunu qeyd edib:

"Gənclərin sosial keyfiyyətlərinin formalaşması birdən-birə yox, dərhal baş verir. Buna görə gənclər psixoloqla ünsiyyətdə olmalıdır. Psixoloqun isə təcrübəsi, keçdiyi istiqamətlər mühümdür. Bu gün ali məktəbi bitirən 23 yaşındakı şəxs psixoloqluq edir. Yadımdadır ki, mənə o vaxt deyirdilər ki, 35 yaşadək özünə psixoloq deyə bilməzsən. İndi 44 yaşım var, hələ də deyirəm ki, öyrənirəm”.

Son xəbərlər

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

MƏNƏVİYYATININ ƏSAS ROLU

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Həsənxan Əsədov : DOSTUM - FOTO

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31