“Azərbaycanda məmurlardan mənim yanımda olmayan qalmayıb” - Ekstrasens
Məşhur ekstrasens-görücü Zirəddin Rzayev Azərbaycanda qarşıdan gələn parlament seçkilərindən tutmuş, ona müraciət edən məmurlara qədər bir çox məsələlərlə bağlı fikirlərini bölüşüb. O, bu haqda “İri Plan” “Youtube” kanalında sualları cavablandırarkən danışıb.
Bizimyol.info xəbər verir ki, Z.Rzayev 2020-ci ilin 2019-dan elə də böyük fərqi olmayacağını düşünür.

Azərbaycanda fevralın 9-da keçiriləcək deputat seçkilərinə münasibət bildirən ekstrasens konkret müğənni-bəstəkar Elza Seyidcahanın namizədliyi haqda sualı cavablandırıb. Deyib ki, Elzanın deputat olmasını çox istərdi: “Amma təəssüf ki, bu seçimlərdə onu millət vəkili kimi görmürəm. Mən çox istərdim ki, yanılım, onu millət vəkili kimi görüm. Amma hələlik görmələrim mənə onun millət vəkili olacağını göstərmir”.

Z.Rzayev daha sonra məşhurların, o cümlədən vəzifəli şəxslərin falçılara, ekstrasenslərə müraciət etməsi haqda danışıb. Onun sözlərinə görə, Azərbaycandakı məmurların 90 faizi ona müraciət edir: “Bu yaxınlarda “Youtube”da bir videoya rası gəldim. Görücülərdən biri Fazil Məmmədovun (keçmiş vergilər naziri-red.) ona müraciət elədiyini danışırdı. Deyirdi ki, “mən onun üçün bunları elədim, mənə pul verirdi”. Heç vaxt bir kişi, bir mütəxəssis, bir insan kiminsə sirrini o, vəzifədən çıxandan sonra açıb danışmamalıdır. Mənə də çox müraciətlər olub. Azərbaycanda görüşmədiyim məmurlar qalmayıb. Məmurlardan mənim yanımda olmayan adam qalmayıb. Demək olar ki, yüzdə doxsanı mənə müraciət edib. Onların vəzifədən çıxanı da var. Mən indi də onlarla münasibətdəyəm, dostluqdayam, hörmətim böyükdür. Səhəri gün kimsə vəzifədən çıxarılandan sonra həmin adamın mənim yanımda olduğunu ictimailəşdirsəm, heç bir məmur mənə müraciət eləməyəcək. İkinci bir məmur mənə inanmayacaq, güvənməyəcək”.

Son xəbərlər

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

MƏNƏVİYYATININ ƏSAS ROLU

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Həsənxan Əsədov : DOSTUM - FOTO

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31