31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdür - Şairəddin Calalov
Bütün Azerbaycan xalqını 31 Dekabr dünya Azərbaycanlılarının həmrəylik günü,2022-ci yeni il münasibətilə təbrik edirəm.2020-2021-ci illər Azərbaycan tarixinə qələbə ili kimi düşdü.2020-ci il sentyabr-noyabr aylarında Ermeni faşizmini taptağı altında olan 20% torpaqlarımız,qəhrəman Azerbaycan ordusunun qəhrəmanlığı sayəsində azad olundu. Şəhidlər verdik, 10.000 minlərlə qazilerimiz öz sağlamlıqlarını itirdilər.2-ci Qarabağ müharibəsi dövründə də xalqımız bir oldu.Öz Şəhidlərinə,Qazilərinə sahib çıxdılar.Dövlətimiz tərəfindən o ailələr hər cür qayğı ilə əhatə olundular.Dağıdılmış,xarabaya döndərilmiş torpaqlarda müharibədən sonra,hal-hazırki günə qədər yenidən qurma işləri davam edir.Dövlət hər tərəfli çalışır ki, öz doğma yurd-yuvalarından Erməni vəhşiliyi nəticəsində böyük itkilər vermiş,ev-eşiklerini itirmiş soydaşlarımızı tezliklə öz yurd-yuvalarına qaytarılmasına nail olsun. Qəhrəman ordumuz bu gündə qarlı-şaxtalı havadan asılı olmayaraq Ermənistanla sərhəd rayonlarını keşiyini çəkirlər.
XX əsrin əvvəlindən Erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər ən yaxın zamanda 1990-cı il yanvarın 19-u 20-sinə keçen gece başda Erməni şovinizminin başında duran qarbaçov olmaqla Bakıda və rayonlarda törədilmiş 20 Yanvar vəhşilikləri,26 Fevral 1992-ci il Xocalı soyqırımı,2016-cı ildə Aprel döyüşləri xalqımızın cəsarətini qıra bilməmişdi.
Bütün bu törədilmiş faciələrə baxmayaraq, qəhrəman xalqımız bunlara dözmüş və düşmənə sarsıdıcı zərbə vurmaq üçün döyüşkən ordu və texnikaya malik Azərbaycan dövləti tərəfindən Azərbaycan ordusu daha da möhkəmlənmişdir.Biz artıq qələbəmizin I-ci il dönümünü çox böyük şərəflə keçirtmişik.Bu gün Azərbaycanın Qəhrəman şəhidlərini ruhu şaddır.Qazilərimiz isə II-ci Qarabağ müharibəsinin canlı şahididirlər.Onlar gələcəy nəsillərə Şəhidlərimizin qəhrəmanlığından,bu dəhşətli müharibədən necə salamat qaldıqları haqqında danışacaqlar. Şəhidlərimizin və Qazilərimizin ata-anaları və yaxınları üçün çətin olsada fikirləşsinlər ki,bütün itgilərimiz Azərbaycan xalqının itgiləridir.Onların göz yaşları hər birimizin göz yaşıdır.Qoy 2022-ci il Azərbaycan xalqına sevinc göz yaşları gətirsin.Bütün ailələrə rüzi bərəkət gəlsin.Ailələrimizin göz yaşları tökülməsin.Evlərimizə bir daha şəhid,qazi gəlməsin.Ömürləri boyu öz ata-baba doğma yurdlarından öz zəhmətləriylə illər boyu tikmiş yurd-yuvaları bir-birindən gözəl imarətləri,azdan-çoxdan özlərinə var dövlət yığmış soydaşlarımızın bu gün viranə qalmış, dövlətimiz tərəfindən həmin torpaqlarda apardığı tikinti-bərpa işlərindən sonra rayonlarımızın yenidən qurulması, daha bir-birindən gözəl evlerin tikilməsi əsas verirki,qəhrəman xalqımız tez bir zamanda öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Bir daha bütün şəhidlərimizə rəhmət,qazilərimizə can sağlığı arzulayıram.Bu gün ki , nəslimiz və gələcəyə nəsillər üçün torpaqlarımızın azad olunması uğrunda həlak olan və qazi olmuş hər bir ailəmizin üzvləri öz qəhrəmanları ilə fəxr edecekdirlər.
Bizdə bu gün şəhidlərimizin və qazilərimizin onların valideynləri qarşısında baş əyirik və fəxr edirik ki, öz qanları bahasına qorxmamazlıqları ilə torpaqlarımızı azad etdilər.Bü gün Azərbaycan xalqı öz qəhrəman övladları ilə fəxr edirlər.
Şairəddin Calalov - Lənkəran
30 dekabr 2021-ci il

Son xəbərlər

Şagirdlərin elektron yerdəyişməsi başladı

Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı

Qiyamət günü əslində nə vaxt olacaq? - 5 böyük əlamət

Təhlükəsizlik qüvvələri evinə basqın etdi, prokuror həbs olundu

Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı

Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü

Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar

İsmayıllıda ağır avtoqəza baş verib, ölənlər var

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

44 il sonra evlənəcəklər - Fotolar

Yeni filmə görə 100 milyon qazanacaq

Britaniyaya qayıdırlar

Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

UEFA Konfrans Liqası: "Qarabağ" bu gün Niderlandda "Tvente" ilə qarşılaşacaq

Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

Anar Nəcəfli vəzifəsindən azad olundu

İtkin düşən tiktokerin üzümlükdə meyiti tapıldı

Helikopter qəzasından sağ çıxan olmadı

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

Rəşad Məcid – Azərbaycan mətbuatının və ədəbi mühitinin nüfuzlu siması

Tramp: İrana qarşı daha sərt sanksiyalar tətbiq oluna bilər

Azərbaycan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında təmsil olunur

Kurtun ölümündə istifadə olunan silah məhv edildi

Şamaxıda “Niva” dərəyə aşıb, iki nəfər ölüb - YENİLƏNİB

Zeynəb Cəmaləddin : BİR OCAQ QURACAQSAN - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31