Bu şəxslərə 500 manat birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

Sənədi AZƏRTAC dərc edib.

Sərəncama əsasən, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000 (min) manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Sərəncama uyğun olaraq, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etmək tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birdəfəlik maddi yardımın nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etmək tapşırığı verilib

Son xəbərlər

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31