Tanınmış jurnalistin qızına qarşı Bakıda dələduzluq - 20 ailə də zərər çəkib
InTravel Az şirkəti 20-dən çox ailəyə Antaliyada istirahət adı ilə saxta tur-paket "sırıyıb”.

Turaztv.az BakuPost-a istinadan xəbər verir ki, fırıldağın üstü hava limanında açılıb. Məlum olub ki, nə bilet var, nə otel. Bu barədə fırıldağın "qurban”larından biri Leyla Məmmədli Sadıqzadə sosial şəbəkədə məlumat yayıb: "Dostlar, başıma belə bir hadisə gəldiyi üçün şokdayam. Sizinlə paylaşmaq istədim ki, mənim kimi tələyə düşməyəsiniz. Mən ailəmlə - uşaq, yoldaşım, anam, qardaşım və s. bu gün səhər Antalyaya uçmalıydıq. InTravel Az-dan tam ödəniş edərək möhürü, imzası, çeki olan sənədlə, guya, tur-paket almışdıq. Səhər hava limanında anlaşılıb ki, nə bilet var, nə otel”.

Leyla Məmmədli Sadıqzadə bildirib ki, onlar kimi 20-dən çox ailə də bu dələduzluqla üzləşib. Onlar məsələnin qanun yolu ilə həllinə çalışacaqlar: "Təbii ki, qanun qarşısında cavab verəcəklər. Təbii ki, pulumuzu geri alacağıq. Ancaq mənim və ailəmin yaşadığı stresin bədəlini heç kəs ödəyə bilməyəcək. Başqalarının pullarını öz şəxsi mənafelərinə görə mənimsəyən dələduzlardan heç nə almayın. Belə yalançı travel şirkətləri bağlanmalıdır. Əminəm ki, hüquq mühafizə orqanları məsələ ilə bağlı ən qısa zamanda tədbir görəcək”

Qeyd edək ki, Leyla Məmmədli Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində İnformasiya Təminatı şöbəsinin müdiri, Azərbaycan Mətbuat Şurasının üzvü, tanınmış jurnalist Yadigar Məmmədlinin qızıdır.

Son xəbərlər

Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı

“Hörümçək Adam” daha bir rekorda imza atdı

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Türkiyədə zəlzələ olub

ELM və TƏHSİLƏ HƏSR OLUNMUŞ MƏNALI və ŞƏRƏFLİ ÖMÜR YOLU

VƏTƏN HİSSİ VƏ ŞƏHİD MƏQAMI: "VƏTƏNƏ YAZILAN ÖMÜR" KİTABI SUMQAYITDA TƏQDİM OLUNDU

Nura - Nur : Yavaş - yavaş bitən FOTO

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

Yerdə maqnit qasırğası başladı: 3 gün davam edəcək

Məşhur aktrisa vəfat etdi

"Yeraltı"da daha bir dəyişiklik - FOTO

"Hansısa brendə 5 min avro vermərəm" - Seda Sayan

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31