Azərbaycan Parlamenti -103 il
Azərbaycanın parlamentarizm tarixində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin öz yeri vardır. 1918-ci il noyabrın 16-da Bakıda yenidən fəaliyyətə başlamış Azərbaycan Milli Şurası həmin il noyabrın 19-da respublikada ali hakimiyyət orqanı kimi 120 nəfərdən ibarət Azərbaycan Cümhuriyyəti Parlamentini yaratmaq haqqında qanun qəbul edir.

103 il bundan əvvəl, 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin keçmiş qızlar məktəbinin binasında müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk iclası təntənəli şəkildə açılır.

Lakin bir məsələni qeyd etmək yerinə düşər ki, Azərbaycanda parlamentarizm ənənələri daha əvvəlki dövrə təsadüf edir. XX əsrin əvvəllərindən başlayaraq 1905-ci ildə Azərbaycan çar Rusiyasının ilk parlament seçkilərində iştirak etməklə bu ənənənin əsasını qoymuşdu. Mürəkkəb və çətin şəraitdə aparılan gərgin mübarizə nəticəsində deputat seçilən Azərbaycanın tanınmış ziyalıları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov ilk parlamentin işində fəal iştirak edərək, çar Rusiyasının xalqımıza qarşı yeritdiyi ayrı-seçkilik siyasətini, bütöv bir xalqın hüquqsuzluğunu kəskin tənqid edirdilər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova ifadə edib.

Deputat deyib: “Çox çətin və mürəkkəb bir tarixi dövrdə yaranan Azərbaycan Xalq Cümhuriyyəti və onun parlamenti çox az fəaliyyət göstərməsinə baxmayaraq peşəkarlığı, humanizmi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Təkcə qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı qəbul olunan qərar və iclaslara çıxarılan məsələlərin müzakirəsi buna əyani sübutdur. Xüsusilə də, 16 yaşadək uşaqların işləməsinin qadağan olunması, qadınların səhhətinə və fiziki imkanlarına uyğun olmayan işlərə qəbul edilməməsi, hamilə qadınlara güzəştlər edilməsi, müəssisələrdə işləyən qadınların südəmər uşaqları üçün xüsusi yerlərin ayrılması, qadınların əmək hüquqlarının müdafiəsi, uşaq bağçalarının açılması, məktəblərin sayının artırılması və digər məsələlərlə bağlı aparılan müzakirələr və qəbul olunan qanunlar həmin dövrdə qadınlar üçün yaradılan imkanların parlaq nümunəsi idi. Qəbul olunmuş bu qanunlara görə biz hətta bir çox Avropa ölkələrini qabaqlayırdıq. Müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Burada bir məsələyə də toxunmaq istərdim ki, 103 il bundan əvvəl qadın deputat olmasa da qadınlar ölkə həyatının bütün sahələrində fəaliyyət göstərir, digər qadınların da aktiv iştirakı üçün çalışırdılar. Şəfiqə Əfəndizadə parlamentin dəftərxana rəisinin köməkçisi, Humay Atakişiyeva, Ceyran Şirinzadə, Rübabə Yaqubzadə, Zeynəb Rizvanova qeydiyyatçı və kargüzar vəzifələrində çalışırdılar. Eləcə də, Hökumətin İşlər İdarəsində, Xarici İşlər, Daxili İşlər, Yollar, Əkin və Əkinçilik, Xalq Maarifi Nazirliyinin Aparatında qadınlar işləyirdi. İdarəetmə orqanlarında 26–dan artıq qadın çalışırdı. Şübhəsiz ki, o illərin Azərbaycan cəmiyyəti üçün bu göstərici qadın iştirakçılığına münasibətdə görünməmiş müvəffəqiyyət idi”.

Komitə sədri qeyd edib ki, Azərbaycan Respublikasının Milli Məclisi Xalq Cümhuriyyətinin yaratdığı parlamentin varisidir. Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən bəhrələnən Azərbaycan bu gün öz uğurları ilə dünyanı heyrətləndirir. Müstəqilliyin ilk illərində mühüm qanunvericilik aktlarının qəbul olmasına baxmayaraq, Milli Məclisin fəaliyyəti xaotik idi. Bura sanki müxtəlif siyasi qrupların çəkişmə meydanına çevrilmişdir. Lakin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin səyi nəticəsində, qanunvericilik sahəsində də böyük islahatlar edildi. Onun sivil dövlət quruculuğu ideyalarını yaşadan Milli Məclis bu işdə Prezident İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir. Vaxtilə deputat olarkən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqların müdafiəsi üzrə bir sıra mühüm qanunlar qəbul edilmişdi. Həssas yanaşma tələb edən, birmənalı qarşılanmayan “Gender (qadın və kişi) bərabərliyinin təminatları”, “Məişət zorakılığının qarşısının alınması” haqqında qanunları misal göstərmək olar.

Azərbaycanın bugünkü Milli Məclisinin tarixi prinsiplərə sadiq qalaraq, müstəqil dövlətimizin inkişafı üçün çox vacib işlər gördüyünü vurğulayan deputat deyib: “O dövrdə, indi də parlamentin amalı və məramı ölkəmizi möhkəmləndirmək, xalqımızın rifah halını yaxşılaşdırmaq, güclü dövlət yaratmaqdır. Bu gün qarşıya qoyulan məqsəd parlamentin fəaliyyətinin daha da aktiv olması, baş verən proseslərə çevik reaksiya verə bilməsi, vətəndaşların problemlərinin düzgün qiymətləndirilməsi, qanunların icrası, işləmə mexanizminin ölçülməsi, mövcud boşluqların müəyyən edilməsi və aradan qaldırılması istiqamətində layihələrin hazırlanmasıdır. O zamankı parlamentdə qadın deputat olmasa da, hazırda Milli Məclisin sədri qadındır. Sahibə xanım Qafarova müasir və müstəqil Azərbaycanın ilk xanım parlament sədridir və taleyüklü qanunların qəbul olunmasında, parlamentin qlobal təşəbbüslərlə çıxış etməsində, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. Hazırda Milli Məclisin 18,3 faizi qadın deputatdır. Milli Məclisdə komitə sədrlərinin 86,7 faizini kişilər, 13,3 faizini qadınlar təşkil edir. Milli Məclisin Aparatında kişi şöbə müdirləri 78,6 faiz, qadın şöbə müdirləri isə 21,4 faizdir. Milli Məclisin Aparatında şöbə müdirlərinin müavinlərinin gender bölgüsünə gəldikdə isə 77 faiz kişilərin, 23 faiz isə qadınların payına düşür. Milli Məclisin Aparatında sektor müdirləri arasında qadınların xüsusi çəkisi 25,7 faiz, kişilər isə 74,3 faizdir. Milli Məclisdə digər vəzifələrdə çalışanların 54,4 faizi qadın, 45,6 faizi kişidir. Bu statistik rəqəmlər bir daha göstərir ki, Azərbaycanda qadınların parlamentdə həm deputat, həm də Milli Məclisin Aparatında ayrı-ayrı vəzifələr üzrə sayı artmaqdadır. Bu çox mühümdür, çünki qəbul olunan qanunların hazırlanmasında qadınların iştirakı bütövlükdə cəmiyyətin inkişafına təkan verir.

Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı da bu orqanın qarşısında dayanan mühüm vəzifələrin müəyyən edilməsinə mühüm töhfə idi. Pandemiya, Vətən müharibəsi və postmüharibə şəraitində Milli Məclisin fəaliyyəti daha da aktivləşdi. Həmçinin Ermənistanın ötən il sentyabrın 27-dən başlayaraq törətdiyi hərbi təxribatlar, müharibə zonasından kənarda yerləşən şəhər və rayonlarımızı artilleriya və raketlərdən atəşə tutması, dinc əhalinin həlak olması ilə bağlı milli parlamentlərə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlanmışdı. Eyni zamanda, bu müddətdə siyasi mənsubiyyətindən asılı olmayaraq Milli Məclisin əksər deputatları müxtəlif xarici ölkələrin media orqanlarında erməni vandalizminin ifşa olunması istiqamətində çıxışlar etmiş, sosial şəbəkələrdə xüsusi fəallıq göstərmişlər. İstər pandemiya, istər müharibə zamanı, istərsə də müharibədən sonra şəhid ailələri, qazilər və onların tibbi, sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması biz deputatlar üçün prioritet məsələdir. Bununla bağlı, həmçinin qanunvericilikdə çevik reaksiyalar verildi, bir sıra əlavə və dəyişikliklər edildi. Eyni zamanda, icraedici orqanlarla birgə işlər həyata keçirilir və davam etməkdədir”.

Son xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930