Nizami Gəncəviyə həsr olunmuş yeni nəşrlərin təqdimatı keçirilib
Dekabrın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində “Musiqi Nizami “Xəmsə”sinin səhifələrində” və “Nizami və musiqi” beynəlxalq onlayn konfransının materiallar toplusunun təqdimatı olub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Nizami Gəncəvi İli” çərçivəsində reallaşan təqdimat mərasimini muzeyin direktoru Alla Bayramova açaraq tədbirin əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu il ölkəmizdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi qeyd olunur. Bu münasibətlə ölkəmizdə silsilə tədbirlər, təqdimatlar, konfranslar keçirilir. Bu gün təqdimatı keçirilən kitablar da Nizami Gəncəvi ilinə ən gözəl töhfələrdən biridir.

Qeyd olunub ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”si əsrlər ötdükcə öz dəyərini, təravətini və əhəmiyyətini itirmir. Kitabda şeir, musiqi və təsviri sənətlərinin Nizaminin beş məsnəvisinin səhifələrində qarşılıqlı əlaqələri təhlil olunur.

Təqdimat mərasimində Milli Məclisin deputatı, akademik Rafael Hüseynov çıxış edərək kitab haqqında təəssüratlarını bölüşüb.

Bildirib ki, müxtəlif elmi araşdırmalarda dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına çox müraciət olunub, onun həyatı, əsərləri, fəlsəfəsi ən müxtəlif problemlər baxımından, ayrı-ayrı təhlil rakurslarından tədqiq olunub, öyrənilib. Lakin təqdim olunan işin özəlliyi ondadır ki, Alla Bayramovanın və Rauf Şeyxzamanlının kitabında Nizami poeziyası, Nizami yaradıcılığı, Nizami şəxsiyyəti məhz incəsənətlərin qarşılıqlı əlaqəsi nöqteyi-nəzərindən araşdırılıb. Yeni nəşrdə dahi qələm ustası məşhur şair olmaqla yanaşı, həmçinin musiqi aləminin mahir bilicisi kimi təqdim edilib.

Vurğulanıb ki, müəlliflər Nizami Gəncəvinin poeziyasını incəsənətin müxtəlif sahələri musiqi, təsviri sənət, xalça sənəti ilə qarşılıqlı əlaqədə araşdırıb, bu sahədə mövcud olan intermedial əlaqələri nəzərdən keçiriblər.

Tədbir konsert proqramı ilə davam edib.

Tədbirin bədii hissəsində Əməkdar artistlər Fəridə Məmmədova, İlham Nəzərov və Beynəlxalq müsabiqələr laureatı, pianoçu Svetlana Əhmədovanın ifalarında Nizaminin sözlərinə bəstələnmiş vokal kompozisiyalar səslənib.

Qeyd edək ki, “Musiqi Nizami “Xəmsə”sinin səhifələrində” kitabının həmmüəllifləri Alla Bayramova və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlıdır.

Nizami Gəncəviyə həsr olunmuş yeni nəşrlərin təqdimatı keçirilib
Nizami Gəncəviyə həsr olunmuş yeni nəşrlərin təqdimatı keçirilib
Nizami Gəncəviyə həsr olunmuş yeni nəşrlərin təqdimatı keçirilib
Nizami Gəncəviyə həsr olunmuş yeni nəşrlərin təqdimatı keçirilib
Nizami Gəncəviyə həsr olunmuş yeni nəşrlərin təqdimatı keçirilib

Son xəbərlər

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir

Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31