
Xəbərlər
1.11.2021, 22:54
Ermənistan-Azərbaycan sərhədində gərginliyə son qoyulacaq - Nazirlər razılığa gəldi
Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov ilə Ararat Mirzoyan arasında telefon danışığı olub.
Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in açıqlamasında qeyd olunur:
“Nazirlər Ermənistanla Azərbaycan sərhədində gərginliyə son qoymaq, Cənubi Qafqazda bütün kommunikasiyaları açmaq, regional əməkdaşlıq üçün əlverişli şərait yaratmaq məsələlərinə dair yekdil mövqeyə gəliblər. Həmçinin Ermənistanla Azərbaycan arasında sərhəd insidentlərinin siyasi-diplomatik yolla həlli istiqamətində səyləri davam etdirməyin vacibliyi vurğulanıb”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









