Hikmət Hacıyev İran siyasi xəttini ALT-ÜST ETDİ: Azərbaycan kiminsə diqtə ilə danışmasını…Hacıyev İran siyasi xəttini ALT-ÜST ETDİ:
Azərbaycan kiminsə diqtə ilə danışmasını…


Qalib xalq olaraq bundan sonra da uğurla yaşayacağıq.

"Turaztv.az" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

"Cənab Prezidentimizin niyyəti məcburi köçkünlərimizin ən qısa zamanda, ləyaqətli, güvənli formada ata-baba yurdlarına qovuşmasını həyata keçirməkdir”, – deyə o bildirib.

Prezident köməkçisi bu gün Azərbaycanın minalarla çirklənmə səviyyəsinə görə dünyada bəlkə də 10 dövlətdən biri olduğunu vurğulayıb:

"Ermənistan ya bilərək, ya da bilməyərəkdən bizə dəqiq mina xəritələrini vermir. Ona görə də hər bir yeri yenidən axtarmaq məcburiyyətində qalırıq”.

H.Hacıyev qeyd edib ki, beynəlxalq münasibətlərdə Ermənistanın hərbi cinayətlərinin unudulması istiqamətində siyasət aparılır, amma təbii ki, Azərbaycan xalqı və dövləti olaraq biz bunu unutmamışıq:

"Bunlar hərbi cinayətdir və buna görə Ermənistanın hərbi rəhbərliyi məsuliyyət daşıyır. Bundan sonra da bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

Hacıyev Zəngəzur dəhlizi mövzusuna da toxunub:

"Üçtərəfli görüşlər hələ davam edir, müəyyən müsbət dinamika var. Amma hesab edirik ki, hələ yekun nəticədən danışmaq tezdir. Çünki hələ Ermənistan tərəfindən atılmalı olan bir sıra müsbət addımlar var”.

İranla bağlı son hadisələrə diqqət çəkən siyasətçi qeyd edib ki, Azərbaycan müstəqil, öz milli maraqları əsasında siyasətini həyata keçirən ölkədir.

"Azərbaycan kiminsə təzyiqini və diktə ilə danışmasını qəbul edəcək bir ölkə deyil”, – deyə Prezidentin köməkçisi vurğulayıb.

Son xəbərlər

Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi

"Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir" - Hikmət Hacıyev

Prezident vəzifəsinə yenidən seçilmək hüququm var - Tokayev

Prezidentlə xanımı Ümummilli Liderin memorial kompleksini ziyarət etdilər

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Məşhur serialda rol alacaq

“Özbəkistana dövlət səfərindən gözəl xatirə” - Foto

Çindən avtomobillərlə bağlı görünməmiş geri çağırış - 3 milyon maşında qüsur var

Bir günə Ukraynaya 11 859 kamikadze-dron atdılar

Universitetlər xarici dil müəllimliyində yerləri AZALDIR: Nə baş verir?

Prezident xanımı ilə Özbəkistandadır

BIR SƏSİN UŞAQLIĞI (OÇERK) - FOTOLAR

RƏNGLƏRİN VƏ MÖCÜZƏLƏRİN NAĞIL DÜNYASI

Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır

Altun Süleymanov: Fidan Hacıyevanın gənclərə verdiyi dəstək böyük əhəmiyyət daşıyır

“Azərbaycan-Özbəkistan əlaqələri strateji xarakter daşıyır” - Kamaləddin Qafarov

Qərbi Abşeron yatağında platformada qaldırıcı qurğu aşıb, ölən var

Bu gün Qobustan rayonunun Bədəlli kəndindən olan şəhid Orxan Müstəcəbovun anası Şəhla Ananın doğum günüdür - FOTO

Gəlinlik seçməyə getmişdi, maşının altında qalıb öldü - Toyu günü dəfn olundu

Onların pensiyaları yenidən hesablanaraq artırıla bilər

Yaponiyanın mərkəzində zəlzələ oldu

Əsir düşmüş azərbaycanlı şok faktları açıqladı

Bu gün Azərbaycanda xüsusi dövlət mühafizəçilərinin günüdür

Arzum budur - ucaldıqca, ucal sən

SEVİNC YUNUSLU : Ölsəm bir məktub yazacam - FOTO

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

XURAMAN İSMAYIL QIZI MURADOVA — İNSANA XİDMƏTƏ HƏSR OLUNMUŞ ÖMÜR

Müəllif: Gülnarə Məhəmmədqızı : ÖZÜMƏ TƏRƏF - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31