Argentinanın “La Nacion” qəzetində “Azərbaycan üçün müstəqilliyin mahiyyəti və dəyəri” başlıqlı məqalə dərc olunub18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbirlər çərçivəsində Argentinanın ən qədim və geniş oxucu auditoriyasına malik mətbu orqanlarından biri olan “La Nacion” qəzetində səfir Rəşad Aslanovun Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunmuş “Azərbaycan üçün müstəqilliyin mahiyyəti və dəyəri” başlıqlı məqaləsi dərc olunub.

Azərbaycanın Argentinadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından keçən 30 il ərzində qarşılaşdığı çətinliklər və əldə edilmiş nailiyyətlər barəsində məlumat verilir. Müstəqilliyin ilk illərində daxili siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü ilə üzləşən Azərbaycanın ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə kövrək olan suverenlik və siyasi müstəqilliyini möhkəmləndirdiyi, xarici təzyiqlərə və transmilli şirkətlərin Azərbaycanın müstəqilliyinin gələcəyinə dair tərəddüdlərinə baxmayaraq, H.Əliyevin “Əsrin müqaviləsi”nin imzalanmasına nail olduğu, ilk dəfə Xəzər dənizinə xarici sərmayəçilərin cəlb edildiyini və beləliklə də H.Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Azərbaycanı beynəlxalq birliyin sayılıb-seçilən üzvü və beynəlxalq etibarlı tərəfdaşa çevirdiyi qeyd olunur.

2003-cü ildən etibarən Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalisinin firavanlığını və sosial-iqtisadi rifahını təmin edən iqtisadi dirçəlişə nail olduğu, qlobal və regional xarakterli enerji və infrastruktur layihələrinin təşəbbüskarı və icraçısı olduğu, Avropanın enerji təhlükəsizliyinin təminində mühüm tərəfdaş statusu qazandığı və nəticədə Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzinə çevrildiyi bildirilir.

Məqalədə, həmçinin Azərbaycanın müstəqilliyinin bərpası dövründə ən böyük uğurunun BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra edərək, ərazilərini işğaldan azad etməsi, suverenlik və ərazi bütövlüyünün bərpası olduğu bildirilərək, hazırda Azərbaycanın azad edilmiş ərazilərin minalardan təmizlənməsi, “urbisid”ə məruz qalmış şəhər və rayonların yenidən qurulması ilə məşğul olduğu əlavə edilir.

Çoxtərəfli platformada uğurlu fəaliyyətinin göstəricisi kimi Azərbaycanın hazırda Qoşulmama Hərəkatına sədrlik etdiyi və bu çərçivədə dövrü çağırışlarla bağlı irəli sürdüyü təşəbbüs və layihələr barəsində məlumat verilir. Həmçinin Azərbaycanın çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələrinin təqdir olunduğu və ölkəmizin bu platformada çoxsaylı mötəbər tədbirlərə ev sahibliyi etdiyi qeyd olunur.

Son xəbərlər

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31