Avropa İttifaqı Əfqanıstan əhalisi üçün 1 milyard avroluq yardım paketini təsdiqləyibAvropa İttifaqı (Aİ) bu gün Əfqanıstan xalqının və qonşu ölkələrin birbaşa xeyrinə olan əsas ehtiyacların təmin edilməsi üçün ünvanlı dəstəyin təqdim edilməsi ilə birlikdə 1 milyard avroluq humanitar yardımın ayrılması barədə qərar verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu paket humanitar məqsədlər üçün artıq razılaşdırılmış 300 milyon avronu ehtiva edir. Bu humanitar dəstək vaksinasiya, sığınacağın verilməsi, eləcə də mülki şəxslərin və insan hüquqlarının müdafiəsi üçün əlavə ixtisaslaşmış dəstəklə müşayiət olunur.

Avropa Komissiyası, xüsusən də sağlamlıq sahəsində, təxirəsalınmaz ehtiyaclar üçün Əfqanıstan xalqına humanitar yardım üçün ayrılan 250 milyon avro məbləğində Əfqanıstan üçün vəsaitin istifadəsini mümkün etmək üçün də çalışır.

Bu maliyyələşmə yerli əhalinin birbaşa dəstəklənməsi üçün ayrılacaq və Avropa İttifaqı xarici işlər nazirlər tərəfindən sentyabrın 21-də razılaşdırılmış Şura Nəticələrində ifadə olunmuş kompromis prinsiplərinə riayət olunmaqla yerlərdəki beynəlxalq təşkilatlara göndəriləcək.

Əfqanıstanın yaxın qonşuları ölkəni tərk etmiş qaçqınların təhlükəsizliyini birinci təmin etdilər və onlara miqrasiyanın idarə edilməsinin dəstəklənməsi, eləcə də terrorizmin qarşısının alınması, mütəşəkkil cinayətkarlıqla mübarizə və miqrant qaçaqmalçılığına qarşı mübarizə sahəsində əməkdaşlıq üçün əlavə vəsait ayrılmışdı.

Ümumilikdə, Əfqanıstan xalqının dəstəklənməsinin müxtəlif istiqamətləri təxminən bir milyard avro təşkil edəcək.

Rəsmi açıqlama, bu gün Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen tərəfindən İtaliyanın Əfqanıstanla bağlı keçirilən G20-nin növbədənkənar video konfransı zamanı veriləcək.

Son xəbərlər

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31