Türkiyədə davam edən meşə yanğınları turistik bölgələr üçün də ciddi təhlükə yaradıbTürkiyənin müxtəlif bölgələrində eyni anda baş verən meşə yanğınları bir çox sahələr, o cümlədən turistik ərazilər üçün də ciddi təhlükələr yaradıb.

AZƏRTAC xəbər verir ki, artıq bir neçə gündür qardaş ölkənin müxtəlif bölgələrində baş verən yanğınlar geniş sahələri əhatə edir. Son yanğın faktı ölkənin Manisa vilayətinin Soma rayonunda yerləşən meşəlik ərazidə qeydə alınıb. Bəzi bölgələrdə yanğının söndürülməsi işlərinə təyyarə və helikopterlərlə yanaşı, İnsansız Hava Vasitələri (İHA) də cəlb edilib.

Baş verən yanğınlarla əlaqədar olaraq Bodrum vilayətində yerləşən otellərdən biri təxliyə edilib. Mərsin vilayətinin Aydıncık rayonunda yanğın yaşayış yerlərinə yaxın ərazilərə sıçrayıb. Evlərindən çıxmaq məcburiyyəti qarşısında qalan vətəndaşlar şəhərin bələdiyyə binasının qarşısına toplanıblar.

Yanğınlar səbəbindən ölənlərin sayı dördə çatıb.

Adana, Kütahya, Kilis və Muğlanın Köyceğiz rayonunda baş verən yanğının artıq qismən söndürüldüyü bildirilir.

“Türk Hava Yolları” aviaşirkəti yanğın baş verən bölgələrə olan biletlərin dəyişdirilə və ya qaytarıla bilinəcəyi ilə bağlı elan verib.

Hazırda yanğınların söndürülməsi istiqamətində işlər davam etdirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu istiqamətdə ölkənin bütün güclərinin səfərbər edildiyini bildirib.

Qeyd edək ki, baş verən yanğınlarla bağlı saxlanılanlar var.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Son xəbərlər

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31