“Tokio-2020”yə lisenziya qazanmış kişi paracüdoçularla görüş olubAzərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) "Tokio-2020"yə lisenziya qazanmış kişi paracüdoçularla görüş keçirilib.

Turaztv.az xəbər verir AMPK-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə iştirak edən komitənin prezidenti İlqar Rəhimov lisenziya qazanmış idmançıları bir daha təbrik edib. Bildirib ki, kişi paracüdoçularımız 6 çəki dərəcəsində Paralimpiya Oyunlarında iştirak edəcəklər. Daha sonra İ.Rəhimov idmançıların hazırki fiziki və psixoloji vəziyyəti ilə maraqlanaraq qarşıdan gələn bu mötəbər yarışda onlara uğurlar arzulayıb.

Komitə prezidenti bildirdi ki, pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq idmançılarımız "Tokio-2020"yə yüksək səviyyədə hazırlaşıblar, yerli və xarici təlim-məşq toplanışlarında, beynəlxalq turnirlərdə iştirak ediblər. O, idmançıların Yaponiyadan yüksək nəticə ilə qayıdacağına əmin olduğunu bildirib.

İ.Rəhimov deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin idmana, xüsusilə Paralimpiya Hərəkatına olan diqqət və qayğısının nəticəsi olaraq idmançılarımız hər zaman ölkəmizi beynəlxalq arenalarda yüksək səviyyədə təmsil edirlər. "Tokio-2020" XVI Yay Paralimpiya Oyunları da istisna olmayacaq. Paralimpiyaçılarımız bu dəfə də xalqımızı öz parlaq qələbələri ilə sevindirəcəklər”.

Daha sonra komitə prezidenti "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış paracüdoçularımıza Yaponiyanın “Mizuno” şirkətinin istehsalı olan yeni kimonoları təqdim edib.

Cüdo idman növü üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi İbrahim İbrahimov AMPK-nın prezidenti İ.Rəhimova göstərilən dəstəyə görə təşəkkürünü bildirib, "Tokio-2020"yə hazırlıq mərhələsi barədə məlumat verib. İ.İbrahimov komandanın Tokioda uğurla iştirak edəcəyinə əmin olduğunu bildirib.

Görüşdə komitənin baş katibi Kamal Məmmədov, vitse-prezident İlham Zəkiyev, "Tokio-2020"də iştirak edəcək Azərbaycan milli komandasının şef-de-missionu Rauf Mürsəlov, şef-de-missonun müavinləri Azər Tapdıqov, Leyli Yusifli və Milli Abilimpiya Federasiyasının vitse-prezidenti Rüfət Hacılı iştirak ediblər.

Qeyd edək ki, kişi paracüdoçulardan Vüqar Şirinli (60 kq), Namiq Abaslı (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (+100 kq) "Tokio-2020"də ölkəmizi təmsil edəcəklər. Ümumilikdə Azərbaycan milli Paralimpiya komandası bu günədək 6 idman növündən 34 lisenziya qazanıb. Bu,Azərbaycan Paralimpiya tarixində rekord göstəricidir.
“Tokio-2020”yə lisenziya qazanmış kişi paracüdoçularla görüş olub
“Tokio-2020”yə lisenziya qazanmış kişi paracüdoçularla görüş olub
“Tokio-2020”yə lisenziya qazanmış kişi paracüdoçularla görüş olub
“Tokio-2020”yə lisenziya qazanmış kişi paracüdoçularla görüş olub
“Tokio-2020”yə lisenziya qazanmış kişi paracüdoçularla görüş olub
“Tokio-2020”yə lisenziya qazanmış kişi paracüdoçularla görüş olub

Son xəbərlər

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31